ArxivXəbər lentiXəbərlər

Daha bir nəfər Suriya getdiyi üçün saxlanıldı

Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb
Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib.

Nazirliyin mətbuat xidmətindən Cenubnews.com İnternet Qəzetinə verilən xəbərə görə,Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button