ArxivIslamXəbər lentiXəbərlər

Hacı Ceyhun Cəfərov azadlığa buraxılıb

FaktXəbər-in məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Ceyhun Cəfərov azadlığa buraxılıb. Bu barədə FaktXəbər-ə yaxınları məlumat verib.

C.Cəfərovun azadlığa buraxılması barədə danışan vəkili Cavad Cavadov bildirib ki, müvəkkili barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib: “Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb. İstintaqın gedişi bizdə bu iş üzrə obyektiv qərar qəbul ediləcəyinə böyük ümidlər yaradır”.

Xatırladaq ki, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Hacı Ceyhun Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb. İlahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button