AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanovun Qurban Bayramı münasibətilə təbrik mesajı

Hacı Abgül Süleymanovun Qurban Bayramı münasibətilə təbrik mesajı:

Bismillahir Rəhamanir Rəhim

De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam, 162)

Dörd min il tarixi olan mübarək və böyük bayram olan Qurban bayramının günümüzədək təzə qalmasının səbəbi Hz. İbrahim xəlilin (ə) Allaha olan sonsuz sevgisidir. Qurban bayramının fəlsəfəsi uca Allaha olan sevginin pik nöktəsidir. Hz İbrahimin (ə) bu xalis əməli onu göstərdi ki, onun qəlbində Allahdan başqa heç kəsin sevgi və məhəbbəti yoxdur. Qurani kərim bu qəlbin adına “salim qəlb” deyir.

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa! (Şüəra, 89)

Qurban bayramı bizə yalnız qoyun kəsib, ətini kasıblara verməyi öyrətmir. Və ya ətindən özümüzə kabab çəkməyi təlim vermir. Bu əziz bayram Allah yolunda sevdiyimiz hər şeydən keçməyi, bədənimizdə olan 6 litr qanı tökməyi başa salmaq istəyir. Qurban bayramı Hz. İbrahimin oğlu İsmaili Allah yolunda fəda verməklə meydana gəlmişdir. Bu əzəmətli bayramın həm qədim tarixi, həm də dərin hikməti vardır. Qoyun kəsmək və ətini yetimlərə paylamaq xeyirxah əməllərdən biridir. Amma bizi uca yaradan Allaha sürətlə yaxınlaşdırmaz. Biz də gərək atamız İbrahim (ə) tək özümüzü, malımızı, övladlarımızı Allah yolunda qurban verməyi bacaraq. O zaman əsl qurbanlğın nə olduğunu dərk edə bilərik.

Həmişə olduğu kimi bu gün də başda İmam Zaman (ə) olmaqla, vəlimizi, mərcəiyyətimizi, xalqımızı, millətimizi və vütün müsəlmanları mübarək Qurban bayramı münasibət ilə təbrik edir və gələn ilki bayramı İmam Məhdi (ə) ilə birgə Məkkədə keçirməyi allahdan diləyirik.

Vəssəlamu ələykum və əla ibadillahis salihin

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri

Abgül Süleymanov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button