ArxivXəbər lentiXəbərlər

Hacı Abgül: Müstəntiqin “Narkotik kimindir?” sualına “Eldar Mahmudovun…” cavabını verdim (3-cü yazı)

Hazırda qapalı tipli həbsxanada həbs həyatı yaşayan Abgül Süleymanovun MTN təcridxanasındakı xatirələrindən yazıb

Abgulsuleymanov.com MTN-nin İstintaq Baş İdarəsinin işdən çıxarılmış rəisi General Mövlam Şıxalıyev və şöbə rəisi Vüsal Ələkbərovla söhbətini təqdim edir.

Əvvəli ötən saylarımızda…

3-cü hissə…

Mövlam Şıxəliyev: Abgül, niyə cərəyan yaradırsan? Sən də başqaları kimi çayın axarıyla ax da.

Dedim: Mən etmirəm Allah edir.
Mövlam Şıxəliyev: Sən öz elədiyin işləri Allaha bağlama
Dedim: Mən əməllərimi Allaha bağlamıram, Allah özü əməllərini bizə bağlayır.
Mövlam Şıxəliyev: Nə demək istəyirsən?
Dedim: Allah Quranda buyurur ki, əgər mən bəzilərini bəzilərinin əli ilə zərərsizləşdirməsəydim, dəf etməsəydim, məscid sökülərdi və yer üzündə fəsad olardı. Mən o bəzilərindənəm ki, sənin qarşındayam.
Mövlam Şıxəliyev: : Abgül, bilirsən bizə nə qədər böyük zərbə vurmusan?
Dedim: Nə zərbə?
Mövlam Şıxəliyev: Bizdən indi imza istəyirlər.
Dedim ki, nə imza?
Mövlan Şıxalıyev susdu və cavab vermədi.
Soruşdum ki, niyə cavab vermirsən, niyə demirsən bilək?
Mövlam Şıxəliyev: Misirdə olmusan?
Dedim: Yox
Mövlam Şıxəliyev dedi: Gördün də müsəlman qardaşlar o gözəllikdə Misiri nə günə qoydular. Abgül, sən nə istəyirsən?
Dedim: Mövlam müəllim, biz hakimiyyət istəmirik, sizin olsun. Artıq 3-cü minillikdir hələ də qadınların hüquqları pozulur. Demirsiz demokratik ölkədir, hanı qadın azadlığı?
Mövlam Şıxəliyev: Nə olub qadınlarımıza, istədikləri kimi geyinirlər, gəzirlər.
Dedim: Söhbət küçə-bazardan getmir, söhbət məktəb, idarələrdən gedir.
Mövlam Şıxəliyev: Abgül, hicab qaldı mədrəsədə.
Dedim: Xeyr, hicab Milli Məclisə qədər gələcək, inşallah.
Dedi: Bu mümkün deyil. Biz dünyəvi hökumətik
Həbs olunmuş MTN-də İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkorovla söhbət…

Vüsal: Abgül, mənə dindən, siyasətdən danışma.
Dedim: Sən mənə elə sual verirsən ki, cavabı ya dinidir, ya siyasi. Çünki məni dinə görə tutublar. Din siyasətdən, siyasət də dindən ayrı deyil. Altı aydır burdayam, bir dəfə də olsun narkotikdən, silahdan sual verməmisiz.
Dedi yaxşı, sual verirəm: Narkotik kimindir?
Dedim: Eldar Mahmudovun
Vüsal gülərək dedi: Sən bilirsən necə mollasan?
Dedim: Necə?
Dedi: Fundamental. Abgül, sən İran mollası kimi danışırsan.
Dedim: Niyə bu qədər İranı pisləyirsiz?
Dedi: İran inkişaf etməyib, geri qalıb.
Dedim: Vüsal müəllim, İran Yusif peyğəmbərin kinosunu elə gözəl çəkib ki, bütün dünyaya səs salıb. Məxsusən də Azərbaycana.
Vüsal etiraf edib dedi: Hə, Yusif kinosu dəhşət təsir elədi, hətta atam-anam da evdə oturub baxırdılar. Xoşlarına gəlib.
Dedim: Bu inkişaf deyilmi?
Dedi: Yaxşı-yaxşı bəsdir, məni də özünə tərəf çəkmə.
Ardı var…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button