ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ilk gecəsi keçirilib

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadət günlərinin əzadarlıq mərasiminin ilk gecəsi dünən gecə İslam İnqilabının Böyük Rəhbərinin və əhalidən bir qrupun iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.
Mərasimdə beynəlxalq Quran qiraətçisi Hüseyn Fərdi Qurani-Məciddən ayələr oxuyub. Sonra höccətülislam-vəlmüslimin Sədiqi çıxış edib.
Mərasimdə həmçinin Məhəmmədrza Tahiri, Sidiqeyi-Kübra(s.ə)-nın vəsfində mərsiyəxanlıq edib.
Bu il korona xəstəliyinin azalmasına, eyni zamanda səhiyyə protokollarına riayətin davam etdirilməsi vacibliyinə görə,  İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə əzadarlıq mərasimi, möhtərəm şəhid ailələri də daxil olmaqla az sayda əzadarın iştirakı ilə keçiriləcək.
Dekabrın iyirmi yeddisi və 1444-cü hicri qəməri ili cəmadiüssani ayının üçü, Böyük İslam Peyğəmbəri, Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button