AktualAktualArxivXəbər lentiXəbərlər

Həqiqətpur: Sionist pantürkizminin qarşısında mövqe tutmaq lazımdır

Həqiqətpur: Sionist pantürkizminin qarşısında mövqe tutmaq lazımdır
Qafqaz Mədəniyyət Mərkəzi – İslami Şura Məclisinin sədrinin müşaviri deyib: “Məclis nümayəndələri sionist rejimin baş nazirinin şübhəli hərəkətlərinə daha ciddi reaksiya göstərsinlər”.
“Qanun” saytının verdiyi xəbərə görə Mənsur Həqiqətpur “Xaneyi-millət” müxbirinə verdiyi müsahibəsində sionist rejim və Azərbaycan Respublikası arasında əməkdaşlığın genişlənməsini sərt tənqid edərək deyib: “Tehranın Azadi stadionunda pantürkizm və ərəb körfəzi şüarlarını verənlərin hamısı sionist rejimi tərəfindən istiqamət alır”.
İslami Şura Məclisinin sədrinin müşaviri əlavə edib: “Dəqiq məlumatlar mövcuddur ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi və(CİA), sionist rejimin kəşfiyyat idarəsinin (Mossad) təşkilatlandırması, FarsKörfəziÖlkələrininƏməkdaşlıq Şurasının maliyyə dəstəyi ilə sionist rejimin nəzarəti altında olan Dünya Azərbaycanlıları Konqresi seperatçılıq ardıncadır”.
Həqiqətpur, İslami Şura Məclisinin türk fraksiyasını da qınayaraq deyib: “Məclis nümayəndələri sionist rejimin baş nazirinin şübhəli hərəkətlərinə və Azadi stadionunda baş verən xoşagəlməz hadisələrə ciddi reaksiya göstərməli idilər və onların susması qəbuledilməzdir”.
Həqiqətpur bunu da əlavə edib ki, İranın Azərbaycan Respublikası ilə yaxşı qonşuluq çərçivəsində əməkdaşlıq və anlaşmaya təlaş etməsinə baxmayaraq Bakı hər hansı islami hərəkətə qarşı zorakılıq göstərir.
O vurğulayıb: “Sionist rejimi Azərbaycan Respublikasında öz fəaliyyətini rəsmi olaraq 2005-ci ildə başladı. Bu proqram çərçivəsində Azərbaycanda yaşayan yəhudilər işğal edilmiş ərazilərə köçürüldü, Qüdsü işğal etmiş rejimin investisiyası neft ölkəsi olan Azərbaycanın banklarına və neft sənayesində yatırıldı”.
“Azərbaycan dövlətinin islamofibiya hərəkətləri dövlətlə xalq arasında fasilə yaratmışdır”-deyə, sabiq deputat qeyd edib.
M. Həqiqətpurmüsahibəsinin digər bir hissəsində deyib: “İslami Şura Məclisinin türk fraksiyası İranın şimal-qərbində seperatçılığın formalaşdığını diqqətdə saxlamalı və pantürkizm qarşısında dayanmalıdır”.
İslami Şura Məclisinin sədrinin müşaviri ölkənin təhlükəsizlik orqanlarına tövsiyə edərək deyib: “Təhlükəsizlik və kəşfiyyat orqanları sionist rejimin Dünya Azərbaycanlıları Konqresini açıq-aydın dəstəkləməsinə diqqət etməklə bütün gücü ilə hərəkətə keçməlidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button