ArxivŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həmas-ın siyasi bürosunun sədri İnqilab Rəhbəri ilə görüşüb

Həmas-ın siyasi bürosunun sədri- İsmayıl Həniyyə bu görüşdə son Qəzzə olayları, sionist rejimin Qəzzədəki cinayətləri, həmçinin qərb sahili hadisələri barədə məlumat verib.
İslam İnqilabının Böyük Rəhbəri də bu görüşdə bir daha Qəzzənin dayanıqlı əhalisinin müqaviməti və səbrini yüksək dəyərləndiriblər.
Bəzi Qərb ölkələri və Amerikanın birbaşa dəstəkləri ilə həyata keçən sionist rejimin cinayətlərindən son dərəcə təəssüf ifadə edən İnqilab Rəhbəri İran İslam Respublikasının sionist işğalçılar qarşısında Fələstin müqavimət qüvvələrini himayə istiqamətindəki həmişəki siyasətinə təkid ediblər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin islami ölkələrin və beynəlxalq təşkilatların ciddi hərəkəti,/ həmçinin islami dövlətlərin Qəzzə əhalisinə hərtərəfli və real dəstək vermələri zərurətini vurğulayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button