ArxivXəbər lentiXəbərlər

Həbsdə olan hüquqşünas Emin Aslan haqqında yazılanları təkzib edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov həbsdə olan hüquqşünas Emin Aslanla görüşüb. Komitədən verilən məlumata görə, ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov, ekspertlər Qartal Hüseynov və Anar Cavadov bu gün Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində monitorinq keçirib.
Komitə nümayəndələri orada saxlanılan Emin Aslanla görüşüb, onun saxlanma şəraiti ilə maraqlanıblar. Emin Aslan özü haqqında mətbuatda yayılan bəzi məlumatların həqiqətə uyğun olmadığını deyib: “Emin Aslan bildirdi ki, mətbuatda onun dişinin sındırılması barədə yayılan məlumatlar yalandır. O, dedi ki, dişini yuyarkən plombu düşüb”.
Emin Aslan saxlanma şəraitindən və ona qarşı rəftardan şikayət etməyib.
Qeyd edək ki, Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) təqsirli bilinərək, Nərimanov rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
rakurs.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button