ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Korona ilə mübarizə ölkənin birinci və təcili məsələsidir

İslam İnqilabının Böyük Rəhbəri bir televiziya çıxışında korona ilə mübarizəni ölkənin birinci və təcili məsələsi adlandırıblar.

Qafqaz.ir-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu gün bir televiziya çıxışında korona xəstəliyinin tüğyanı və vəziyyəti barədə belə deyiblər: Gün ərzində beş yüzdən çox insanın həyatını itirməsi və ailələrinin ürəklərinə dağ çəkilməsi, həmçinin on minlərlə nəfərin xəstəliyə yoluxması və onların müalicə problemləri həqiqətən olduqca ağrılıdır və hər bir müsəlmanın və həmvətənin ürəyi bu hadisədən alovlanır. Buna görə, bu vəziyyətlə mübarizə üçün müəyyən vəzifələrimiz var.

O həzrət ölkə prezidentinin təkliflərin toplanması və onların barəsində qərarçıxarma üzrə birhəftəlik möhlətini yaxşı hərəkət adlandırıb və belə deyiblər: Təyin edilmiş zamanda məsələnin cavabı diqqətlə nəzərdən keçirilisin və lazım olan hər bir addım üçün qətiyyətlə qərar çıxarılsın və ona əməl edilsin.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin müalicə kadrının kəskin yorğunluğu və onlara düşən ruhi və cismani təzyiqləri böyük bir nigarançılıq adlandırıb və belə söyləyiblər: Doğrudan da cihad etməkdə olan həkimlərə, şəfqət işçilərinə və müalicə məcmuələrinə səmimi qəlbdən təşəkkür edirəm, hərçənd əsas təşəkkür, şükr eləyən və agah Allah-Taalaya aiddir.

Xəstəliyin aşkar edilməsi testlərinin genişləndirilməsi vacibliyinə təkid edən Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, dövlət və sığorta şirkətləri xəstəliyin aşkar edilməsi və diaqnoz testlərinin pulsuz və geniş şəkildə bütün xalqın ixtiyarına qoyulmasına yardım etsinlər.

İslam İnqilabının Böyük Rəhbəri rəsmi şəxslərə olan sonrakı tövsiyələrində vaksinin geniş şəkildə təmin edilməsi məsələsinə təkid edib və belə deyiblər: İstər idxal, istərsə də daxili istehsal yolu ilə vaksin ikiqat səylə və mümkün olan hər bir formada təmin edilərək, bütün xalqın ixtiyarına qoyulmalıdır.

O həzrət xəstəliklə mübarizənin ilk aylarında silahlı qüvvələrin ciddi və güclü iştirakına toxunaraq, bildiriblər ki, silahlı qüvvələr hazırda da məşğuldurlar, amma var güclərilə xalqın köməyinə gəlməlidirlər.

İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsində xalqa xitabən, problemin bir hissəsinin səhiyyə protokollarına riayət etməməkdən irəli gəldiyini bildirib və belə vurğulayıblar: Əziz xalqımız məhz ilk aylarda olan həssaslıqla səhiyyə protokollarına tam şəkildə riayət etsinlər ki, özləri və başqalarının həyatları və sağlamlıqları təhlükəyə düşməsin.

Həzrət Ayətullahuluzma Xamenei digər tövsiyələrdə Həzrət Seyyiduşşuhəda(ə)-ın əzadarlıq məclislərini ilahi rəhmətin cəlbi və bərəkət mənbəyi adlandıraraq, vurğulayıblar: Xalqın və ölkənin bu bərəkətli məclislərə ehtiyacı var, amma onların keçirilməsində səhiyyə protokollarına tam diqqətlə və möhkəm şəkildə riayət edilməlidir.

O həzrət daha sonra belə vurğulayıblar: Hüseyn məclislərinin xəstəliyin yayılmasına və müxaliflərlə düşmənlərin tənə mənbəyinə səbəb olmasına yol verməyin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button