ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Körpələr üçün Əli və Zəhra adları çoxluq təşkil edir

Azərbaycan Respublikasında bu ilin birinci yarımilində yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.

Qafqaz.ir-nin məlumatına əsasən, Ədliyyə xidmətləri qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, bu ilin I yarımilində ən çox qoyulan oğlan adları Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələkdir.

2020-ci ildə də Azərbaycan Respublikasında ailələrin yenicə doğulan körpələr üçün seçdikləri adlar siyahısında çoxluq təşkil edən həmin adlar olmuşdur.

Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif, Uğur, Əli, Hüseyn, Məhəmməd adıarə verilmişdir.

Ötən il qız uşaqlarına isə ən çox Zəhra, Zeynəb, Məryəm, Aylin, Mələk, Fatimə adları verilib.

Son beş ilin statistikasına görə isə oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button