ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstanda izdihamlı Tasua yürüşü keçirilib FOTO / VİDEO

Gürcüstanın Tbilisi şəhərinin Poniçala (Soğanlıq) məscidinin əzadarlıq heyəti Tasua yürüşü keçirib.

Bu barədə Giperssilka.ru-ya Hacı Rahid Kərimov məlumat verib.

Onun sözlərinə görə, məscidinin əzadarlıq heyəti hər il olduğu kimi,bu il də Məhərrəm ayının 8-ci günündə Tasua yürüşü ediblər.

“Yürüşdə məntəqə sakinləri, möminlər, inanclı insanlar iştirak ediblər. Yürüş başa çatdıqdan sonra ehsan xeymələrimiz quruldu və ehsan verildi”.

Mərasimdə çıxış edən Hacı Rahid Kərimov bildirib ki, İmam Hüseyn (ə) qiyamı bizi tövhidə çatdırır:

“İmam Hüseyn (ə) qiyamına müəyyən yad fikirlər qoşurlar və bizi qiyamın həqiqətindən uzaqlaşdırmaq istəyirlər. Yad fikirlərə çox uymayın. İmam Hüseynin (ə) qanı tövhidi, Quranı, dini yaşatdı”.

Həmçinin ruhani Vidadi Qurbanov da çıxış edib və bildirib ki, İmam Hüseynin (ə) yanında olan aşiqlər o zaman Züheyrlər idi, bu gün də İmam Hüseyn (ə) məclisini yaşadanlardır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button