ArxivXəbər lentiXəbərlər

Gürcüstanda FETÖ məktəbləri bağlandı

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. APA-nın Gürcüstan bürosunun Anadolu Agentliyinə istinadən məlumatına görə, liseyin FETÖ ilə əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

Nazirlikdən bildirilib ki, lisenziya yoxlama zamanı aşkarlanan bir çox pozuntularla əlaqədar, xüsusən, Gürcüstandakı tədris standartlarına uyğunsuzluğa görə ləğv olunub.

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb. Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button