ArxivXəbər lentiXəbərlər

Gürcüstana gedən daha bir müxalifətçi saxlanıldı

Müxalifətçi jurnalist Kamran Mahmudov qonşu Gürcüstana getməyə cəhd edərkən Qazaxda saxlanılıb. Virtualaz.org boldirir ki, bu barədə vəkil Cavid Rzazadəyə istinadən “Azadlıq” radiosu xəbər yayıb.

Vəkilin sözlərinə görə, saxlanılarkən polis əməkdaşları bəyan ediblər ki, Kamran Mahmudov axtarışdadır.

Qazax Rayon Polis Şöbəsindən müxalifətçinin saxlanılması barədə informasiyanı “Azadlıq” radiosuna təsdiq ediblər.

Polisdən qeyd ediblər ki, Kamran Mahmudova ölkəni tərk etmək qadağan olunub. Müvafiq yoxlamalardan sonra vəziyyətə aydınlıq gətiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button