ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstan patriarxının istefası barədə məlumat yayılıb

Gürcüstanın Dini Ekspertlər Assosiasiyası katalikos-patriarx II İlyanın istefaya göndəriləcəyi barədə məlumat yayıb.

təşkilatdan məsələnin Müqəddəs Sinodun fevralın 11-də keçiriləcək toplantısında müzakirə olunacağı bildirilib.

Assosiasiya iddia edir ki, iclasda II İlyanın müəyyən kompromislər və ya şantaj yolu ilə taxt-tacdan uzaqlaşdırılması planlaşdırılıb.

Gürcüstan patriarxlığının İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Andria Caqmaidze yayılan məlumatlara münasibət bildirib. O, jurnalistlərdən bu cür fantaziyalarla bağlı sual verməməyi xahiş edib.

Qeyd edək ki, Müqəddəs Sinodun iclası II İlyanın göstərişi ilə çağırılıb. Toplantıda müzakirə olunacaq məsələlər barədə məlumat verilməyib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button