ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan müsəlmanları İdarəsindən etiraz: “MARİXUANAYA VƏ LEQALLAŞMASINA YOX!”

Hədəf14.az xəbər verir ki, bu gün Gürcüstan müsəlmanları İdarəsin Gürcüstanda marixuanadan istifadə ilə bağlı bütün sanksiyaların ləğv olunması haqqında Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı bəyanət verib. İdarə rəsmiləri bildiriblər ki, bu xəbər bizim və ümumölkə vətəndaşının narahatçılığına səbəb olub.

“İddiaçıların fikrinə görə “marixuanadan istifadə şəxsiyyətin azad inkişafı ilə bağlı hüququdur və marixuanadan ziyan yalnız onu istifadə edən şəxsə dəyə bilər və bununla bağlı məsuliyyəti də həmin şəxs daşıyır. Biz isə düşünürük ki, bir neçə nəfərin şəxsi iddiası kütləni narahat edən bu həssas məsələ haqda bir qanuni icazə formasına gəlməməlidir. Çünki marixuananın leqallaşması halı narkotik istifadəçilərinin kütləvi artımına səbəb olub marixuananın və digər ağır narkotik növlərinin azad satışının sayını daha da artıra bilər. Unutmamalıyıq ki, marixuanadan istifadə narkomanlıq yolunda ilk addımlardır. Onun ardınca narkotikin daha təhlükəli növlərindən istifadə dövrü başlayır. Marixuananın leqallaşması onsuz da sayı az olmayan istifadəçilərinin sayını daha da artıracaqdır. Ondan müntəzəm istifadə insan sağlamlığı üçün də olduqca zərərlidir. Onun ictimai fəsadları da az deyildir. Başqalarını narahat etmək, ictimai ortamı pozmaq və gənclərə yanlış və zərəli vərdişlər aşılamaqla onları elmi, fikri və sosial inkişafdan dayandıracaqdır. Buna görə də Gürcüstan Müsəlmanları idarəsi və ölkə müsəlmanlar marixiuana ilə bağlı qəbul olunmuş qərarı yanlış hesab edir. Ümum əhalinin də fikrini nəzərə alaraq bu məsələyə yenidən baxmağı və marixuananın leqallaşması haqda qanununun ləğvinə dair qərar qəbul etməlidir. Allah dünyanı, ölkəmizi və vətəndaşlarımızı qorusun. Tanrı dövlətimizə sülhün yaşaması, ərazi bütövlüyünün bərpası, bolluq və firavanlıqın formalaşması və hər sahədə inkişafı yönündə yardımçı olsun. Amin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button