Arxiv

Geyparada etiraz edən İslamçıların məhkəməsi keçirilib- Təfərrüat

“Qollarıma vurulan qandal deyil, azadlığımın qolbağıdır “

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, bu gün saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında Səfərli Ceyhunun vəkili Əliyev Şəhriyar çıxış edib. O çıxışında qeyd edib ki, “Ceyhun Səfərli dövlət əleyhinə heç bir çağırış etməyib. Bu barədə ibtidai istintaq dövründədə heç bir sübut olmayıb. O tutularkən kobud şəkildə prosesual qaydalar pozulub. O işkəncəyə məruz qalıb. Ceyhun məhkəmə istintaqına ifadəsi zamanı bu barədə məlumat vermişdi. Ondan götürülən heç bir sənəd geri qaytarılmayıb. Ona qarşı olunan ittihamlar qondarmadır. Müdafiə etdiyim Ceyhun Səfərliyə bəraət hökmü verilməlidir.”

Daha sonar Dövlət İttihamçısı vəkillərin çıxışlarına münasibət bildirib. O çıxışında qeyd edib ki, həbs olunanlara qarşı ittihamlar haqqlı olaraq verilib və istədiyi cəzaların tətbiq olunmasını xahiş edib. Məhkəmə iclasında Quranda tolerantlıq ayəsinin olması barədə iddia səsləndirib. Bu isə etirazlara səbəb olub.

Dövlət ittihamçısının çıxışına vəkillərin etirazı gecikmədi. Vəkillər Anar Qasımlı, Yalçın İmanov və digərləri dövlət ittihamçısını qanunlara şərh verdiyi üçün tənqid etdi. Bildirdilər ki, bu yalnız konistutusiya məhkəməsinin səlahiyyətində olan məsələdir. Qanunlara şərh verməyə heç kimin qanuni icazəsi yoxdur.

Daha sonra təqsirləndirilənlərdən Elvin Nəsirov son sözlə çıxış edib. O çıxışında qeyd edib ki, “Dövlət ittihamçısı çıxışında Qurani Kərimdə tolerantlıqla bağlı ayə olduğunu qeyd etdi. Quranda tolerantlıq ayəsi yoxdur. Çünki Quranda deyilir xristianları və yəhudiləri özlərinizə dost tutmayın. Bizim sünnilərlə problemimiz yoxdur onlar bizim ailəmizin üzvləridir. Amma biz Qurana uyğun olaraq xristianlarla dostluq etmirik. Mən çox uzun uzadı danışmaq istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, Gülər Əhmədovaya dövlətin pullarını taladığı üçün az iş istəyirlər, amma biz dindarlara 10 il, 7 il , 6 il. İttiham aktında qeyd olunur ki, guya mənə narkotiki Ramil adlı şəxs verib. Özüdə guya *bölmənin qabağında verib. Yaxınlaşıb mənə deyib ki, görürəm dindara oxşayırsan ehtiyacında var al bu yarım kilo narkotiki sat xərclə. Çox gülməlidir elə deyilmi? Məni necə döyülməyimi istəyirsinizsə polislər tərəfindən internetdə Qəddafinin tutularkən döyülüb öldürülmə görüntüləri var. Ora baxın biləcəksiniz. Başa düşdük Orxan Zeynalov adlı şəxsin Rusiyada döyülərək tutulması və nazirin otağına aparılması şou idi. Bəs bizim işimiz nə idi anlamadım Vallah. Bu şou nəyə görə idi? Arxanızdakı Azərbaycan bayrağındakı yaşıl rəng bizim damarlarımızda axmalıdır. Vəhabilər indi ölkədə güclü təbliğat aparır. Heç kim onlara bir şey demir. Amma Allaha and olsun vaxt gələcək deyəcəksiniz ki, kaş şiələri tutmayaydıq onlarla vaxtında mübarizə aparardılar. Mən məhkəmədən xahiş yox tələb edirəm Allahın əmrinə uyğun olaraq bəraət verəsiniz.”

Məhkəmə iclasında daha sonra təqsirləndirilən Ceyhun Səfərli çıxış edib:  “Bu gün bizi narkotiklə həbs edənlər əslində Allahla döyüşürlər. Çünki biz Allahın firqəsiyik. Bu gün dindarlara qarşı yox Allaha qarşı mübarizə aparırlar. Ombudsman o vaxt Baş Prokurorluğa məktub ünvanladı işkəncə barədə cavab gəldi ki belə bir şey olmayıb. Amma hansıki aşkar surətdə izlər qalmışdı. Bunlar lazım olsa vəzifələrinə görə qeyrətlərindəndə keçərlər. Mən məhkəmə heyətindən bəraətimizi tələb edirəm.”

Son olaraq son sözlə Samir Hüseynov çıxış edib. O çıxışında deyib: “Biz “gey”parada etiraz etmişik və buna görədə həbs olunmuşuq. Payladığımız disklərdə səhiyyə nazirinin “gey”parad əleyhinə tv-dəki çıxışı var. Elədirsə onuda həbs etmək lazımdır. Bu gün hakimiyyət Azərbacanda İslama qarşı hücuma keçib. Açıq aşkar şəkildə Qamət Süleymanova və digərlərinə dəstək verirlər. Çünki bunlar vəhabiliyin Azərbaycandakı təbliğatçısıdır. Mən sonda bunu demək istəyirəm ki, Rusiyada Dimitri Medvedevin vaxtında bir hadisə olmuşdu. O vaxt məktəb açılışında Medvedev hicablı tələbəni təbrik etmişdi. Amma bizim ölkədə təhsil naziri hicabı qadağan edir. Mən buna etiraz etmişəm və həbs olunmuşam. Bəraətimi sizlərdən tələb edirəm. Unutmayaq ki, ədalətsiz hökmə görə cavab verəcəksiniz.”
Daha sonra hakim Zeynal Ağayev məhkəmə iclasını 6 dekabr saat 16:00-a təyin etdi.

Sonda  jurnalist Hacı Nicat Əliyevin məhkəmədəki tarixi çıxışını diqqətinizə çatdırırıq.

“Rəhman və Mehriban Allahın adı ilə   

Əvvəla məhkəmə proseslərinin əvvəl günlərindən burada iştirak edə bilən və bilməyən bütün yaxınlarımıza, əzizlərimizə və media nümayəndələrinə öz xüsusi təşəkkürümü bildirirəm. Müdafiə tərəfim olaraq çox hörmətli vəkillərim ittiham olunduğum maddələrin, dəlilsiz, sübutsuz olmasını və bütün pozulmuş hüquqlarımı açıq-aşkar olaraq məhkəmə heyətinə və ictimaiyyətə kifayət qədər dolğun şəkildə təhvil verdikləri üçün onlara öz təşəkkürümü bildirirəm.    

Düşünürəm ki, kobud şəkildə pozulmuş hüquqlarımdan və ittiham olunduğum maddələrin hər birindən tək-tək danışmağım və bu maddələrin hər birinin əsassız olması haqqda danışmağım təkrarçılıq olar. Ona görədə bəzi nüanslara toxunaraq diqqətinizi həbsimdəki digər pərdə arxası sifarişli məqamlara yönətlmək istəyirəm.  

 

Demək ittiham aktında qeyd edilir ki, yaşadığım mənzildən 3 ədad qanunsuz dini ədəbiyyat aşkar olunub. Onlardan biridə “Möcüzəsiz möcüzə” kitabıdır. Bir neçə gün bundan qabaq dostlardan biri ilə əlaqə saxladım. Həmin dostumuz mənim üçün kitab aldığını və göndərəcəyini bildirdi. Bildirdiki kitabı “Gənclik” metrostansiyasından alsada digər kitab dükanlarında bu kitaba çox rast gəlib. O kitab hal hazırda əlimdə saxladığım “Möcüzəsiz möcüzə” kitabıdır (Nicat Əliyev kitabı əlində tutaraq hakim Zeynal Ağayevə və iştirakçılara göstərir). *Hətta dostum bilə-bilə satıcıdan soruşub ki, bu kitab qadağan olunmuş dini kitab deyilki? Satıcı isə bunu alıb gətirib burada sata bilərdik? – dedi. Daha sonra pulun ver lap 300 dənəsin gətirim deyib.  Baxın bu o həmin kitabdır ki bu kitaba görə mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167.22.1 maddəsi tətbiq edilib. Halbuki hal hazırda yüksək tirajla çapdan çıxır və satılır. Kitabın içində isə müəllifin adı, şəkli, korrektorların, redaktorun haqqında məlumat və kitabın çap olunduğu ünvana qədər hər şey qeyd edilib. Mənim yaşadığım mənzildən aşkarlanan o “Möcüzəsiz möcüzə” kitabı guya “Dini Etiqad Azadlığı” haqqında qanunun 22-ci maddəsinə əməl olunmadan ölkəyə daxil olunmuş və yayılmışdır. DQİDK-nin eksperti Nahid Məmmədov rəydə qeyd edirki : bu kitab qadağan olunmuş dini ədəbiyyatdır”. Əvvəla bu kitabın adı qadağan olunmuş dini ədəbiyyatın siyahısında ola bilməz. Çünki bu kitabın içində dindən əsər-əlamət yoxdur. Burada nə dini məsələlər, nədəki dini mövzular müzakirə olunmur. Lap əgər qadağandırsa niyə satışdadır?  

Lap əgər qadağan edilibsədə, qanunla qadağan olunmuş dini ədəbiyyatın yayılması qadağandır. Amma onu oxumaq mənim hüququmdur. Ekspert rəyində bu kitab “1 ədəd” olaraq göstərilir.  

Sonrada göstərilir ki, guya dini təyinatlıdır və qanunsuz olaraq ölkəyə daxil olmuş və yayılmışdır. Axı bu rəyi necə uzlaşdırıblar, bir halda ki məgər bu kitabı ölkəyə daxil edəndə yoxsa çap edəndə əlimdə tutublar? Çox təssüf ki bütün bu suallar cavabsız qaldı. Digər bu tipli suallara isə ekspert Nahid Məmmədov cavab vermədi. Çünki cavabını bilmir. Bütün bu sualların cavabları DQİDK keçmiş sədri Hidayət Orucovla getdi.  Qeyd edim ki, kitab, broşur və disklərlə bağlı qərəzli rəy DQDİK keçmiş sədri Hidayət Orucovun vaxtında, onun rəhbərliyi altında verilib. Həmin sədrində rəhbərliyi zamanı islamçılara qarşı olan mövqeyi hamıya məlumdur. Bəlkədə hazır ki sədr Elşad İskəndərovun zamanında bu kitablar, broşurlar və disklər ekspertizadan keçirilsəydi o keçmiş sədrin səhvi təkrarlanmazdı. Çünki biz buna ən azından yaxın günlərdə məhkəməsi keçirilən ilahiyyatçı Tale Bağırovun keçirilmiş ekspertiza rəyində şahid olduq. Digər bir məsələ: Demək “Məhkəmə Ekspertizası Mərkəzi Təhqiqat obyektinin N-1 ştampı ilə verilmiş rəyində qeyd edilir”- Bu rəy mənim jurnalist fəaliyyətimlə bağlı sifarişli həbsimə sübutlardan biridir. Rəydə deyilir : “Azadxəbər saytının hicabla bağlı hazırladığı videosujetlərin əks olunduğu videoroliklər yerləşdirilmiş, əksəriyyətində hicabın mahiyyəti, onun dində yeri, Qurani Kərimdə bu barədə olan ayələrdən bəhs edir və dövlətlə dindarlar arasında baş verən qarşıdurmalar, dinin sıxışdırılması və s” .   

Diqqət etsəniz görərsiniz ki, bütün bu həmgamələrin bir səbəbidə bu cümlənin üzərində cəmləşib. Əslində mənim həbsim bir neçə cümlənin üzərində təşkil olunub. Çünki baş redaktor və təsisçisi olduğum Azadxəbər İnternet Qəzetində hicabla bağlı etirazlar, həbslər, məsələyə tənqidi yanaşmaları və digər məqamları ətraflı şəkildə işıqlandırmışam.  Bu kimlərinsə evində rahat yatmasına mane olub və yuxularını əllərindən alıb. Burada bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Ümumiyyətlə dini camiyədə tanınmış şəxslərin həbsindən sonra inanclı insanlara qarşı *yazılmamış qanun tətbiq olunur. Əgər haqqı izhar edən bu səbəbdən həbsə məhkum olunmuş şəxsi müdafiə edirsə gec və ya tez onun yanına getməlisən. Əsasəndə bu ilahiyyatçı və ruhani müdafiə edənlərə aiddir. Bu ölkədə ruhanini müdafiə etmək qara siyahıya düşmək üçün kifayət edir. Çünki həbs olunmamışdan qabaq mənədə xəbər göndərilib, ismarıc olunub ki, “Sənidə göndərəcəyik Tale Bağırovun yanına. Ağıllı ol”. İndi deyəcəklərimdən elə anlaşılmasın ki məni Tale Bağırova görə həbs ediblər. Sadəcə olaraq buda bir səbəbdir. Amma əsas səbəbdir. “Ağıllı ol” ismarıcı ona görə verilirdi ki, Tale Bağırovun həbsində var gücümlə onun qanunsuz həbsini ictimaiyyət üçün işıqlandırırdım. Müdafiə tərəfi olaraq isə səkkiz ölkənin nüfuzlu “İnsan Haqqları “ təşkilatlarına müraciət edərək aktiv olmağa səsləmişdim. Buda kimlərinsə xoşuna gəlməyib və narahat edib. Amma narahat olanlar artıq rahat ola bilərlər. Demirdilər ki, səni göndərəcəyik Tale Bağırovun yanına? Göndərdilər. Rahat olsunlar. Amma and ola Allaha bu minlərlə insanın bəd duası zalımları, onların əmrinə tabe olanları və icra edənləri rahat buraxmayacaq. Ya bəd dualar yada haqqın mübarizəsi uğrunda qanımız canımız çıxacaq bunların axırına. Biz terrorçu deyilik ki, haqqımızda olunan zülmlərin intiqamını əlimizə top-tüfəng almaqla çıxaq. Amma bizim ondanda güclü silahımız var. Bu haqqı deyən dilimiz və dəyərlərimiz uğrunda tərəddüd etmədən verə biləcəyimiz canımızdır, damarlarımızda axan qanımızdır. Necəki hicabın və digər milli mənəvi dəyərlərimizin uğrunda azadlığımızı vermişik, yeri gələrsə canımızıda verərik. Bu İmam Hüseynin (ə) yoludur. Bizdə İmam Hüseynin balalarıyıq. Sadəcə olaraq həbs edəndə, ittiham edəndədə kişi kimi etmək lazımdır. Yalandan bər-bəzək vurub don geyindirmək lazım deyil. Mən başa düşə bilmirəm ki, dinimin, Quranımın, millətimin hicabını qorumaq üçün, 20 % torpağı işğalda olan, özüdə müsəlman bir ölkədə gay parada etiraz etmək üçün mən kimdənsə zakaz vəya dəstək almalıyam. Mən dəstəyi xalqımdan almışam. Çünki xalq istər hicab qadağasına, istərsədə gay paradın keçirilməsinə müxalif olublar. Hər kəs özünə və öz əməlinə cavabdeh olduğu üçün məndə burdan bildirirəm ki: “Mən gayparada etiraz edəndədə, hicabı və hicab məhbuslarını, İslam məhbuslarını qoruyandada, dəstəkləyəndədə, hicaba azadlıq deyəndədə İran-Turan deyil, Ləbbeyk Ya Zəhra (s-ə) demişəm.”     

Görün nə qədər gülüncdür. İttiham olunduğum maddələrin arasında həm narkotik istifadəçisi, həmdə “Hakimiyyətin zorla ələ keçirilməsi” var. Narkoman hara, hakimiyyətin taxtı-tacı uğrunda mübarizə aparan hara? Biabırçılıqdır bu: “Ginnesin rekordlar” kitabına düşəcək həddə iddiadır. Bu iddianın arxasında isə məkrli bir məqsəd durur. Məqsəd isə ləkələmək, məni ictimaiyyətə narkoman kimi təqdim etməkdir. Amma bunu etmək istəyənlər guya nə əldə etdilər. Heçnə əksinə özləri-özlərini ifşa etdilər. Loru dildə desək *maddələri vurdular amma yapışmadı, sürüşdü düşdü. Peyğəmbərdən gözəl bir hədis var. Həzrəti Rəsulullah (s) buyurur: “İslam düşmənləri, eləcədə islamçılarla düşmənçilik edənlər axmaq olarlar.”- məgər bu axmaqlıq deyil? Nicat Əliyev həm narkomandır, həm islam təbliğatçısı və həmdə jurnalist. Həbs olunan zaman Yasaml Rayon 27-ci polis bölməsinin əməliyyatçısı arasında qısa bir dialoq oldu. Fikirləşirəm ki, həmən o əməliyyatçı haçansa ona dediyimi sözü düşünəndə içindəki vicdan hissi onu narahat edir? Mənə deyirdiki: “Bura qol çəkməsən başıva oyun açaram, başıvı partladaram və s.” Məndə deyirdim ki, “neynirsən elə onsuzda erməniyə əsir düşmüşəm.”- Oradada demişəm və burdada deyirəm ki bütün bunlara ona görə səbr edirəm ki hamısı Allahın şahidliyi ilədir. O hər şeyi görür və unutmur. Bütün bu qondarma ittihamlar kimlər üçün hesabat verməyə lazımdır axı? Nə edəcəklər axı? 10-15 ilimimi alacaqlar əlimdən? Qurban olsun bütün ömrüm Allahıma, dinimə. Amma bütün bu zülmlər yerdə qalmaz. Sinələrinə döyən zalımlar çoxda sevinməsinlərki 10 il, 8 il verdik getdilər. Əvvəldə sevinənlər heç vaxt qalib olmurlar. Allah buyurur ki, “sonda mənim qoşunum qalib olacaq”. Bu Allahın vədidir. Mən buradan səslənirəm: “İmam Zaman (ə.f)-ın qeybdə olmağından istifadə edərək bizi tək, kimsəsiz görənlər onuda bilməlidirlər ki Allahın səbri kimi qəzəbidə var. Ya İslama və islamçılara qarşı bu siyasətə son qoyulmalıdır, yada Allahın bəlasına hazırlaşın.  Peyğəmbər balası Həzrəti Xanım Fatimeyi Zəhradan gözəl bir hədis var. Bu hədis bütün haqq uğrunda həbs olunaraq zindanlara salınanlara ruhiyyədir. Xanım deyir ki, “Bu gün necə istəyirsiz elədə edin. Lakin sabah (qiyamət günü) böyük Allah sizinlə bizim aramızda hakimlik edəcək. Onda bizim rəhbərimiz Həzrəti Peyğəmbər (s) olacaq. O zaman batil əhli böyük zəlalətə düçar olacaqdır.”  

Vəkillərim çıxışlarında mənim üçün bəraət istədi. Amma mənim haqqımda olan zülmləri, haqqsızlıqları, işkəncələri ümumiyyətlə bütün bu olanları hətta bəraət belə unutdurmur. Hətta bəraət belə bütün bu olanların müqabilində* jest deyil. Yəni hətta bəraət belə qardaşım Tale Bağırovun döyülərək barmaqlarının sındırılmasını unutmağın üçün səbəb deyil. Bəraət belə Hacı Abgül Süleymanovun 3 körpə balasının gözü qarşısında evindən işkəncə ilə zorakılıqla həbs olunmasını unutmağım üçün səbəb deyil. Mənim üçün bəraət hicablı şagirdlərin rəsmi şəkildə icazə verilərək hicabla məktəbə buraxılması, zindanlarda olan islam məhbuslarının, hicab məhbuslarının, vicdan məhbuslarının azadlığa buraxılmasıdır.

Deyiləcək söz çoxdur. Sadəcə düşünürəm ki bir ildən çox qanunsuz olaraq həbs olunmağın əməli şəkildə ən gözəl sözdür. Sonda isə mən son söz olaraq üzümü yaxınlarıma tutmaq istəyirəm: “ Əzizlərim, yaxınlarım, mənim üçün dəyərli olan şəxslər. Əvvəl gündən mənim yanımda olan, əməldə, dildə və hətta məni qəlbində dəstəkləyənlər çox sağolun. Daim Allahın xoş nəzəri üzərinizdən əskik olmasın. Mənidə dualarınızda yad edin. Onsuzda haqqın və haqqın tərəfdarlarının qoluna qandal vurmaq ənənəsi 1400 il budan qabaq qoyulub. Bu qandallar Hz.Əlinin (ə) qollarına vurulub. Bu qandallar Kərbəladan Şama əsir aparılan Xanım Zeynəbin (s.ə), Xanım Rüqəyyənin (s.ə) qollarına vurulub. Xoş bu əllərəki islam uğrunda bağlanır. Qollarımı bağlayıb, cismimi həbs edə bilərlər. Ruhum isə azaddır. Qollarıma vurulan qandal deyil, azadlığımın qolbağıdır .   

Vəssalamu aleykum və rəhmətullah”

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button