ArxivXəbər lentiXəbərlər

Gəncə şəhərində Yəhudi Dini İcması fəaliyyətə başlayıb

Şəhərdə sinaqoqun tikintisi nəzərdə tutulub

Gəncə şəhərindəki Yəhudi Dini İcması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

qafqaz.ir-ın azərtac-a istinadən verdiyi məlumata görə, bunu icmanın rəhbəri Arif Babayev bildirib.

Yəhudi Dini İcmasının rəhbəri deyib ki, hazırda yeni təsis edilən qurumun ətrafında 150 nəfərə yaxın yəhudinin birləşməsinə baxmayaraq, Gəncə şəhərində onların sayı ümumilikdə 300-dən çoxdur.

İcma ətrafında birləşən yəhudilər hər həftə bir yerə toplaşaraq özlərinin dini ayinlərini icra edir, müqəddəs günlərini və bayramlarını qeyd edirlər.

A. Babayev onu da vurğulayıb ki, Gəncə şəhərində fəaliyyətə başlayan Yəhudi Dini İcmasının tərkibində həm Aşginazi, həm də Buxara və dağ yəhudiləri təmsil olunurlar. İcma rəhbəri nəzərə çatdırıb ki, dini icmada ravvinə olan ehtiyacı həll edildikdən sonra Gəncə şəhərində sinaqoqun tikintisi də gərçəkləşdiriləcək.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button