ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fransanın gələcək prezidenti Qarabağa gəldi

Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Xankəndində qondarma dağlıq qarabağ respublikasının başçısı Arayik Arutyunyan və digər separatçılarla o cümlədən “Arsax”-ın ruhani lideri ilə görüşüb.

Kanal.az erməni mediasına istinadla xəbər verir ki, onun Ermənistana səfərinin rəsmi proqramında Qarabağa səfəri nəzərdə tutulmayıb.

“Prezidentliyə namizəd Ermənistana üç günlük səfərinin sonunda prezident Arayik Arutyunyanla görüşərək Arsax Respublikasına dəstəyini nümayiş etdirmək istəyib”, – Fransa nəşri LeFiqaro yazır.

Fransa prezidentliyinə namizəd səviyyəsində bir şəxsin Qarabağa səfəri heç şübhəsiz ki, Rusiya sülhməramlıları ilə özü də ən yüksək səviyyədə və böyük ehtimalla dövlətlər arasında koordinasiya edilib.

Bu səviyyədə bir əcnəbinin Qarabağa səfərini təşkil etmək Rusiya sülhməramlıları üçün bir ilk olsa da, onlar son bir illik fəaliyyətləri dövründə  əcnəbilərin Azərbaycan Respublikası torpaqlarına bu kimi səfərlərinə şərait yaradıblar.

Son vaxtlar Azərbaycan və Ermənistan rəhbərlərini görüşdürən Fransanın hazırkı prezidenti Emanuel Makron da anti-Azərbaycan mövqeyi ilə tanınır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button