ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Formula 1” Azərbaycana nə qazandırır?

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, Bakıda hər hansı tədbirlər olmasa belə, nəqliyyat sistemi rahat istifadə üçün əlverişli deyil.

28-30 aprel arasında keçirilən yarışa görə şəhərin mərkəzi küçələrində dəmir səddlər qurlaşdırılıb və şəhərin müəyyən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Əhalinin müəyyən hissəsində yarışların keçirilməsi narazılığa səbəb olsa da, hökumət “Formula 1”-in dövlət üçün vacib olduğunu deyir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, Bakıda hər hansı tədbirlər olmasa belə, nəqliyyat sistemi rahat istifadə üçün əlverişli deyil.
Ekspert hesab edir ki, paytaxtda çeşidli nəqliyyat növlərinə ehtiyac var, bu olmadığı müddətdə tıxaclara və insanların narazılığına səbəb yaradır.
İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə dövlət “Formula 1” yarışlarında xərc və gəlirlərini şəffaf şəkildə açıqlamır. Şəffaflıq olmadığına görə isə yarışın gəlir və zərəri barədə dəqiq qiymətləndirmə etmək mümkün deyil.
İqtisadçı deyir ki, Qərb mediasının yazdığına görə Azərbaycan yarışların keçirilməsi üçün illik 57 milyon dollar lisenziya ödənişi edir, bundan əlavə isə təmir və servis işlərinin xərclərini də qarşılayır. Yarışların keçirilməsinə görə ən çox vəsait ödəyən isə Azərbaycandır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button