ArxivIslamXəbər lentiXəbərlər

Fitrə zəkatının miqdarı və Fitr namazının qılınma qaydası haqqında (Ətraflı)

Fitrə zəkatının miqdarı və Fitr namazının qılınma qaydası haqqında məlumat

İslamazeri.com xəbər verir ki, ölkəmizdə sabah Fitr bayramı olacaq (26 iyun).

Bu bayramın namazından öncə fitrə zəkatı vermək lazımdır.

Fitrə zəkatı nə qədərdir?

Fitr bayramının axşamı qürubdan qabaq – günəş batmazdan öncə həddi-büluğ, aqil və zəngin olan kəslərə fitrə zəkatı vacibdir. Yəni, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün bir “sa” – təxminən üç kiloqram miqdarında buğda, arpa, xurma, düyü, qarğıdalı və bu kimi qida növləri də daxil olmaqla, həmin məntəqə sakinlərinin istifadə etdikləri normal qida növündən “müstəhəqqə” – yoxsula verməlidir. Adı sadalanan qida növlərinin əvəzinə pulunu da versə, kifayətdir (red: Ayətullah Məkarim Şirazinin risaləsi 1692-ci məsələ). (Təqribi – aşağısı 1.50, 1.80 qəpik (3 kq un, 3 manat çörəklə), imkanı olanlar düyü və xurma ilə də verə bilərlər)

Ayətullah Sistaninin risaləsinə əsasən isə (məsələ 1952) – Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.

 Məsələ 1953: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini tə`min edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.

Alimlərin bir çoxu gündəlik istifadə edilən ərzaqla hesablanmayı məqbul hesab edir və 3 kq un və çörək daha məqsədə uyğundur. Lakin kənd yerlərində özlərinin əkin yeri olanlar arpa və buğdadan (nədən istifadə edirlərsə) hesablaya bilərlər…

 

Fitr bayramı günü bayram namazı qılınmasının savabı var. 

Birinci rükətdə “Həmd” (Fatihə) və surədən sonra beş təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və iki səcdə yerinə yetirilir. İkinci rükətdə isə “Həmd” və surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qunut tutulur. Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi və iki səcdə yerinə yetirilir. Yaxşı olar ki, fitr namazı ucadan və üstüaçıq yerdə qılınsın.
Birinci və ikinci rükətlərdə “Həmd” surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə “Həmd” surəsindən sonra “Şəms”, ikinci rükətdə isə “Əla” surəsi oxunsun. Fitr bayramı gecəsi məğrib və işa namazlarından sonra habelə bayram günü sübh namazından sonra yaxşı olar ki, bu zikrlər oxunsun:
(Allahu Əkbər, Allahu Əkbər, la ilahə illəllah vallahu əkbər və ilillahi həmd, Allahu Əkbər əla ma hədana) – (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa Allah yoxdur, Allah böyükdür, bizi hidayət edən Allaha şükürlər olsun. Allah böyükdür!)

Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək lazım deyil. Fitr namazı azan və iqamə deyilmədən qılınır, Lakin, yaxşı olar ki, niyyət etməzdən əvvəl ə dəfə “Əs-salat” deyilsin. Bayram namazı yaxşı olar ki, cəm halda qılınsın. Camaat namazı qılındıqda namazda iştirak edənlərin sayı cümə namazında olduğu kimi, 5 nəfərdən az olmamalıdır.
Fitr namazı Şəvval ayının birinci günü qılınır. Yaxşı olar ki, fitr namazı gün üfüqdən qalxanda ifrat edib fitrə zəkatını verəndən sonra qılınsın.

 

QUNUT

Fitr namazının qnutunda istənilən duanı oxumaq olar (doğma ana dilində olsa belə). Amma bu duanı oxusa, daha yaxşı olar:

“Əllahummə əhləl-kibriyai vəl-əzəməh və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs’əlukə bihəqqi hazəl-yəvm əlləzi cəəltəhu lil-musliminə iydən və li-Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) zuxrən və məziyda, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs’əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ibadukəs-salihun (əl-muxləsunə, əl-muxlisun).”

QUNUTUN TƏRCÜMƏSİ

– (Ey böyüklüyə və əzəmətə layiq olanAllah! Ay güzəşt və mühribanlığa layiq olan Allah! Ey bağışlamağa və günahların üstünü örtməyə layiq olan Allah! Müsəlmanlara bayram qərar verdiyin bu günün xatirinə ki, Muhəmməd və onun ailəsinə şərəf və böyüklük nəsib etdin. Muhəmməd və onun ailəsinə salam və salavat göndər. Məni Muhəmməd və onun ailəsini daxil etdiyin hər bir xeyrə daxil et və Məni Muhəmməd və onun ailəsinin çıxartdığın bütün pisliklərdən çıxar. Ona və ailəsinə rəhmətin olsun. Allahım, bu ciddiyyətlə Sənə layiq olan bəndələrinin istədiklərini Səndən diləyirəm. Və Sənə layiq olan bəndələrin pənah gətirdiklərindən Sənə pənah gətirirəm).

Müstəhəb və bəyənilən əməllər:

* Namazı ucadan oxumaq * Cümə namazında olduğu kimi, iki xütbə oxumaq – burada fərq yalnız xütbələrin namazdan sonra oxunmasındadır. * Namazdan əvvəl xurma ilə iftar etmək * Namazdan əvvəl qüsl almaq *Yerə səcdə etmək *Təkbir deyilən zaman əlləri yuxarı qaldırmaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button