ArxivXəbər lentiXəbərlər

Filmində Ərdoğanın başına silah dayadan prodüsser həbs edildi – FOTO-VİDEO

15 İyul dövlət çevrilişi cəhdindən bəhs edən “Oyanış” filminin prodüseri Əli Avcı film fraqmentində Ərdoğanın başına silah dayadılan görüntülərdən sonra böyük etirazlara məruz qalmışdı. Avcı iyulun 13-də evində saxlanılıb.

“Oyanış” filmilə böyük etirazlara məruz qalan Əli Avcı “silahlı terror təşkilat qurmaq, idarə etmə cinayəti səbəbilə həbs olunaraq həbsxanaya göndərilib. Onun adı “Rəis” filmində də keçirdi. “Rəis” filminin prodüseri Təməl Kankıran Əli Avcını dələduzluqda günahlandırmışdı.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Əli Avcının evində saxlanıldığı müəyyən edilən və Yıldız Universitetindəki FETÖ araşdırması çərçivəsində haqqında axtarış qərarı olan doktor Fətullah Karabibər də saxlanılıb.

İstintaq əməliyyatları tamamlanan prodüser Növbətçi Sülh Cəza Hakimliyi tərəfndən silahlı terror təşkilatı qurmaq, idarə etmə cinayəti çərçivəsində həbs olunaraq həbsxanaya göndərilib.

Avcının 15 İyul dövlət çevrilişi cəhdindən bəhs edən layihəsi “Oyanış”ın fraqmentində (treyler – red.) yer alan görüntülər etirazlara səbəb olmuşdu. Fraqmentdəki səhnələr içərisində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinin çevriliş gecəsi evlərində öldürülməsi və Ərdoğanın başına əsgər tərəfindən silah dayadılması yer aldı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button