ArxivXəbər lentiXəbərlər

“Fazil bəyə səslənirəm, siz nurçuluğumu, yoxsa nəyi yaymaq istəyirsiniz?”

Son zamanlar virtual aləmdə Millət Vəkili Fazil Mustafa ilə ziyalıların dini mövzusunda mübahisələri çox təəssüf ki, sözügedən deputat tərəfindən təhqir sferasına çıxdı. Halbuki mövzu normal diskussiya spektrində davam edə bilərdi. Ekspertlərin fikrincə, Millət vəkilinin bu cür qarşıdurma yaratması məqsədli və məntiqsizdir. Xeberlent.az saytı Qarabağ Azadlıq Təşkilatının sədri, tarixçi pedaqoq, ictimai-siyasi xadim Akif Nağıdan münasibət öyrənib. Akif Nağı saytımıza bildirib ki, Fazil bəyin nə istədiyini anlamaq olmur: “Fazil bəylə bizim bu mövzularda, həmçinin Şah İsmayıl mövzusunda, dini və məzhəbi mövzularda mübahisə və müzakirələrimiz olub. Lakin mən tuta bilmirəm ki, Fazil bəy nə istəyir? İndicə bir nəfər jurnalist mənə sual verir ki, ölkəni mollaxanaya çevirmək istəyirlər. Mən də dedim ki, yaxşı siz nə yaratmaq istəyirsiniz? İndi Fazil bəyə deyirəm, siz nəyə nail olmaq istəyirsiniz? Siz nurçuluğumu, yoxsa nəyi yaymaq istəyirsiniz? İndi deputatsınız, statusununzdan istifadə edirsiniz. Bəs sabah necə?!! Mən hesab edirəm ki, Fazil bəy ya oriyentiri itirib, ya da ki haranınsa planını icra edir. İndiki Qarabağ problemi olan dönəmdə xalqımızı parçalamaq deyil, birləşdirmək yolunda çalışmaq lazımdır. Düşünürəm ki, Fazil bəy müəyyən bilgilərə sahibdir, dini bilgiləri var, lakin təəssüf ki, nəticəsi yanlışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button