ArxivXəbər lentiXəbərlər

Fətullah Gülənin Naxçıvan üzrə imamı saxlanıldı

İslamazeri.az-ın “Sabah”a istinadən verdiyi məlumata görə Fətullah Gülən, PKK və “Doğan” mediası tərəfindən mətbuat işçisi kimi təqdim olunan Murad Çapanın Gülənin Naxçıvan üzrə imamı olduğu, onun adamı olaraq “Nöqtə” jurnalına gətirildiyi, əslində isə jurnalistikayla heç bir əlaqəsinin olmadığı üzə çıxıb .

Murat Çapan jurnalla bağlı keçirilən əməliyyatlarda saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb. Gülən təşkilatının nəzarətindəki Türk liseylərində müdirlik edən Murat Çapan, Azərbaycan dövləti tərəfindən məktəblərin əllərindən alınmasından sonra ölkədən deportasiya edilib. Ankaraya göndərilən Murad Çapan bir müddət burada çalışdıqdan sonra təşkilat tərəfindən AKP və Rəcəb Tayyib Ərdoğan əleyhinə dərc olunan “Nöqtə” jurnalında vəzifəyə təyin edilir. Murat Çapan təxminən bir il idi ki,  “Nöqtə” jurnalının məsul yazı işləri müdiri vəzifəsini icra edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button