ArxivXəbər lentiXəbərlər

Fələstin məsələsi – bəşəriyyət dünyasının böyük müsibəti

İnsan hüquqlarını müdafiədən dəm vuran şəxslər əgər doğru deyirlərsə, gərək Fələstin xalqının hüquqlarından danışsınlar.
Fələstin məsələsi indiki bəşəriyyət dünyasının böyük müsibətlərindən biridir. İnsana və insan haqlarına dair duyğusu olan və məzlum insanları müdafiədən dəm vuran hər kəs bu məsələ qarşısında iddia sahibi olmalı, bunu öz problemi bilməlidir. Bəlkə də demək olar ki, Fələstin hadisəsi və müsibəti tarixdə bənzəri az olan hadisələrdəndir. Bizim bildiyimiz qədərincə, bir xalqa qarşı bu şəkildə əzəmətli hadisə tarix boyu az olmuşdur.
Siz insani faciələrdən hansını təsəvvür etsəniz, Fələstin faciəsində mövcuddur: günahsız insanlar öldürməkdən, insanları didərgin salmaqdan, evsiz-eşiksiz etməkdən, işgəncədən, əzabdan, həbsdən, sürgündən və bu qəbil işlərdən, insan məqamına hörmətsizlikdən, bir qrup insanın bəşəri sərvətlərini məhv etməkdən, bir qrup insana qarşı təzyiqdən, zülmdən, qorxu və şiddətdən və fəaliyyət icazəsi verməməkdən (ibarət olan hər şey). Əgər dünyanın bir tərəfində xalqın bir hissəsinə qarşı baş versə, bəşəriyyəti yaralayan və matəmə salan bütün bu müsibətlər 60 ildən çoxdur ki Fələstində baş vermişdir.
İnsan hüquqlarını müdafiədən dəm vuran şəxslər əgər doğru deyirlərsə, gərək Fələstin xalqının hüquqlarından danışsınlar. Siz 60 ildən çoxdur Fələstin xalqı qədər işgəncə görən, əzab çəkən, əzizlərini əldən verən, hüquqları tapdanan hansı xalqı tanıyırsınız? Necə olur ki, bu faciələrin biri dünyanın bir tərəfində bir qrup insana qarşı baş verdikdə insan hüquqlarının qayğıkeşi və həmdərdi olduqlarını iddia edən şəxslər sinələrini sipər edir, danışır və addım atırlar, lakin Fələstin xalqına qarşı edilən bütün bu faciələrin məcmusunu görməzliyə vururlar?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button