AktualAktualArxivIslamQarabağSosialXəbər lentiXəbərlər

Fələstin İslami Cihad Hərəkatının təmsilçisi: Qüds və Qarabağ hər ikisi İslam torpağıdır və azad olunmalıdır

Fələstin İslami Cihad Hərəkatının təmsilçisi Nasir Əbu Şərif Azərbaycan Respublikası ruhaniləri və dini fəallarının Qüds həftəsi keçirilməsi təşəbbüsünə görə öz minnətdarlığını bildirib, Fələstin və Azərbaycan xalqlarının bir-birlərinə dəstək olmasına təkid edərək deyib: “Qüds və Qarabağ hər ikisi İslam torpağıdır və azad olunmalıdırlar.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Nasir Əbu Şərif “Ər-Rad” kanalına verdiyi müsahibədə deyib: “Biz Azərbaycan Respublikası xalqını müqavimətçi və müsəlman xalq kimi tanıyırıq. Azərbaycan Respublikası xalqına deyirik: Siz bizim mübarizəmizə dəstək verirsiniz, Fələstin və Qüds də sizə dəstək verəcək. Bütün müsəlman ümməti Qüdsü öz siyasi mübarizəsinin mərkəzi bilərək, müqavimət və mübarizəni irəli aparır. Azərbaycan Respublikası xalqı da bu sahədə əhəmiyyətli rol ifa edir. Qüds müsəlmanların ilk qibləsi olmaqla yanaşı, həm də İslam dünyasının siyasi qibləsidir. Əgər bir müsəlman öz siyasi kompasını və qibləsini itirsə, yolu itirmişdir. Hacı Qasim Süleymani hara getsəydi, son hədəfinin Qüdsün azadlığı olduğu kimi bizim də son hədəfimiz Qüdsün azadlığı olmalıdır ki, digər məqsədlərimizə yetişə bilək.”

Fələstin İslami Cihad Hərəkatının nümayəndəsi əlavə edib: “İmam Xomeyni (r) Qüdsün azadlığı uğrunda “Qüds Günü”nü bir kod olaraq elan etdi ki, İslam ümməti arasında vəhdət və oyanış yaransın. Biz də Qüdsün azadlığı üçün Qüds günü və həftəsi ilə kifayətlənməməliyik. Qüdsün azad olunması üçün təlaş etmək bütün müsəlmanlara vacibdir. Çünki Məkkə təkcə səudiyyəlilərə və ərəblərə aid olmadığı kimi, Qüds də təkcə fələstinlilərə aid deyil. Əgər fələstinlilər də öz işlərində nöqsan və səhvə yol versələr, yenə Qüdsü azad etmək müsəlmanlar üçün vacibdir. Yəhudilər və sionistlər Qüdsü yəhudiləşdirmək üçün “İsrailə” kömək etdikləri kimi müsəlmanların da Qüdsü azad etmələri vacibdir.”

Nasir Əbu Şərif Qarabağın işğal olunmasına da toxunaraq deyib: “Qüds və Fələstin qeyri-müsəlmanların əli ilə işğal olunduğu kimi Qarabağ da qeyri-müsəlmanların və qeyri-müsəlman güclərin əli ilə işğal edilmişdir. Qüds və Qarabağ hər ikisi İslam torpaqlarıdır və azad olunmalıdır. Qarabağ müharibəsində Fələstin daim Azərbaycan Respublikası xalqına dəstək verdi. Lakin hal-hazırda müharibə dayanmışdır və buna görə də fəaliyyət yoxdur və biz bir kömək edə bilmirik. Düşmən isə bu durumdan sui-istifadə edərək bizim aramızda ixtilaf yaratmağa səy edir. Amma Qarabağ müharibəsi zamanında olduğu kimi biz indi də məzlum xalqları, xüsusilə də Azərbaycan Respublikası xalqını dəstəkləyirik ki, öz haqqını geri ala bilsin.

Müsəlman ümmətinin bir nömrəli problemi Qüds məsələsidir. Sionizm və Amerika imperializmi Qüds məsələsinin səbəbkarı olduqları kimi İslam dünyasının digər problemlərində, o cümlədən İrana qarşı təzyiq göstərməkdə, habelə Qüds məsələsində həmin İslam düşmənləri əsas səbəbkarlardır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button