ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fələstin hadisələri; fələstinlilərin həbs edilmələrindən sionistlərin etiraz yürüşünədək

Qəzzə zolağında Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əlqədrə İsrail rejiminin Qəzzəyə qarşı hücumlarında şəhid olanların sayını 21 min 320, yaralıların sayını isə 55 min 603 nəfər elan edibdir.
Sionist rejim hərbçiləri işğal olunmuş ərazilərdə yerləşən bəzi şəhərlərdə fələstinli mübarizlərlə toqquşublar. Onlar bir qrup fələstinlini yaralayıb və ya həbs ediblər.
Digər tərəfdən, fələstinli gənclər sionist rejim hərbçilərinin basqınına cavab olaraq, onların avtomobilini hədəfə alıblar.
Sionist rejim qırıcıları Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhərini, həmçinin bu zolağın mərkəzində yerləşən Əlbric düşərgəsini, eləcə də Rəfəh şəhərinin  mərkəzindəki Əlşabur düşərgəsini bombalayıblar ki, bu da onlarla fələstinlinin şəhadətilə nəticələnibdir.
Belə bir halda, sionist Haarets qəzeti bir reportajda yazıbdır ki, Təl-Əvivin Hebima meydanında Qəzzə zolağında gedən müharibəyə qarşı yürüş keçirilib. Yürüşdə minlərlə nəfər iştirak edib.
Bu istiqamətdə, BMT-nin Fələstin insan hüquqları məsələləri üzrə xüsusi məruzəçisi xanım Françeska Albanize sionist rejimin xüsusilə Qəzzədə fələstinlilərə qarşı törətdiyi cinayətləri əsrin vəhşilyi adlandırıb.
Misirin Ələzhər baş din alimləri heyəti də bir bəyanatda vurğulayıbdır ki, Qəzzə qırğınları sionist rejimin, həmçinin onun bütün maliyyə və silah hamilərinin alnına vurulan damğadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button