ArxivXəbər lentiXəbərlər

“Etiraf edirəm ki, Qüdrət Həsənquliyevin məlumaçıqlaması məni mat qoyub” – Zərdüşt Əlizadə

Qüdrət Həsənquliyevin açıqlaması Zərdüşt Əlizadəni mat qoydu:“Mənim bu fikirləri şərh etməyə zəkam çatmır”
Millət vəkili Qüdət Həsənquliyev Milli Məclisin bugünkü toplantısında İranın ünvanına ciddi hədə səsləndirib. Millət vəkili bildirib ki, əgər İran Azərbaycana hücum etsə, dünyanın siyasi xəritəsindən silinəcək.

Maraqlıdır, Azərbaycan həqiqətən də İranı xəritədən siləcək gücə sahibdirmi? Əgər sahibdirsə, o zaman nə üçün İrandan qat-qat zəif olan Ermənistandan işğaldakı torpaqlarını almır?

İslaminSesi xəbər verir ki, 24saat.org-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Q.Həsənquliyevin məlum fikirləri qarşısında mat-məətəl qaldığını bildirib:

“Etiraf edirəm ki, bu açıqlama məni mat qoyub. Bu fikrin, bu məntiqin qarşısında deməyə söz tapa bilmirəm. Mənim zəkam bu açıqlamanı şərh etmək, bu məntiqin dərinliklərinə sirayət etməkdə acizdir və mən bu acizliyi etiraf edirəm. Məni üzürlü bilin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button