ArxivIslamXəbər lentiXəbərlər

Ermənistanın sabiq kəşfiyyat rəhbəri Soros Fondunu təhlükə adlandırdı

Ermənistanda xarici ölkələrdən maliyyələşən siyasi qüvvələr fəaliyyət göstərir.

qafqaz.ir yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.

A.Vanetsyan ölkə daxilində bu cür siyasi qüvvələrin olduğunu deyib, lakin onların müxalifət və ya hökumətyönlü düşərgədə fəaliyyət göstərməsi sualını cavabsız qoyub.

Sabiq direktorun sözlərinə görə, Soros Fondunun Ermənistandakı fəaliyyəti ölkə üçün təhlükə yaradır.

Qeyd edək ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib. Onun istefası ilə bağlı bəyanatında Paşinyana xitabən “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer almışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button