ArxivXəbər lentiXəbərlər

Ermənistanda partiya sistemi tamamilə dağıdılıb

Ermənistanda 2018-ci ilin aprelində başlayan siyasi elitanın dəyişməsi prosesi başa çatır və yeni rəhbərliyin vəd etdiyi islahatları həyata keçirəcəyi, demokratik institutları və partiya sistemini bərqərar edəcəyi sual altındadır. FaktXəbər bildirir ki, bu fikirləri Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, ölkədə partiya sistemi tamamilə dağıdılıb: “Ermənistanda güclü və inkişaf etmiş siyasi partiyalar yoxdur. Hazırda partiya sistemi tamamilə dağıdılıb və ölkədə normal fəaliyyət göstərən demokratik institutlar da mövcud deyil. Yeni hakimiyyətin bütün bu problemlərin öhdəsindən gələcəyi isə artıq başqa məsələdir”.

Erməni ekspert əlavə edib ki, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası da kadr potensialı, maliyyə və media resursları baxımından zəifdir. O, Ermənistanda sosial-iqtisadi siyasətin də bu məsələdə həlledici rol oynayacağını vurğulayıb: “Mən şübhə edirəm ki, indi hakimiyyətə gələnlər hələ ötən ilin fevral-mart aylarında buna özləri də inanmırdı. Buna müvafiq olaraq, onların iqtisadiyyatda, siyasətdə və sosial sahədə islahatların aparılması barədə təsəvvürləri yoxdur və ola da bilməz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button