ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanılıb, 500 nəfər məsuliyyətə cəlb edilib

Ermənistanın “Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

 hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 min 500-dən çox insanın adı keçir.

“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, – qəzet qeyd edib.

“Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsində 3 min 300-dən çox hərbçinin həlak olduğunu, 9 mindən çox insanın yaralandığını vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button