ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistan qoşunlarının Qarabağdan çıxarılması sentyabrda başa çatacaq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə müsahibəsində deyib ki, sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması əməliyyatı başa çatacaq.

Qafqaz.ir-nin məlumatına əsasən,Armen Qriqoryan bildirib ki, atəşkəs rejimi bərqərar olduqdan və Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan Silahlı Qüvvələri hissələrinin çıxarılması tamamilə qanunauyğundur.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bundan sonra Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyasını “Qarabağ ordusu”-nun yerinə yetirəcəyini xatırladıb eyni zamanda təhlükəsizliyin qarantı kimi Rusiya sülhməramlılarına diqqət çəkib.

Sonra o əlavə edib ki, müqavilə ilə döyüşənlər kimi, Ermənistandan olan çağırışçıları da Qarabağa göndərməyəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button