ArxivXəbər lentiXəbərlər

Ermənistan İsrailə səfir göndərir

Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı fərmanda edilən düzəlişə əsasən, Ermənistanın “İsrailə” təyin edilmiş səfiri Armen Smbatyanın iqamətgahının yeri İrəvandan Təl-Əvivə köçürülür.

Ermənistan dövləti bundan əvvəl bir neçə diplomatı İrəvanın Təl-Əviv səfiri kimi təyin etmişdi və onlar işğal edilmiş ərazilərdən xaricdə, o cümlədən Paris, Qahirə, hətta İrəvanın özündə yerləşmişdi.
2018-ci ildən indiyədək Armen Smbatyan Ermənistanın “İsraildə” səfiri olmuşdur və onun iqamətgahı İrəvanda yerləşir.

Erməni radiosunun çərşənbə axşamı verdiyi xəbərə görə, Ermənistan baş naziri Nikol Paşinyanın tövsiyəsi və bu ölkə prezidentinin qərarı ilə 31 mart 2018-ci ildə imzalanmış fərmanda, Ermənistanın İsraildə təyin edilmiş səfirinin “İrəvandakı iqamətgahı” sözü, Təl-Əvivdəki iqamətgahı sözü dəyişdirilib.
Ermənistan dövləti bu düzəlişdən qabaq tezliklə Təl-Əvivdə səfirlik açmaq istədiyini elan etmişdi və bu qərarın səbəbi Ermənistan və sionist rejim arasında ikitərəfli möhkəm əlaqələrin genişlənməsinə dair əminlik əldə etmək kimi göstərilmişdi.
Ermənistan və sionist rejim arasında münasibətlər 1992-ci ildən qurulub və son illərdə ikitərəfli əməkdaşlıq diqqəti çəkən səviyyədə genişlənib.
Ermənistan səfirinin iqamətgahının Təl-Əvivdə yerləşməsinin diplomatik məqsədlər güdə bilər. Ekspertlərin fikrincə, İran və Ermənistan arasında strateji münasibətlər vardır və bu mövzuda İranın həssaslığını nəzərə almaq lazımdır.
Ekspertlər belə inanır ki, Ermənistan və sionist rejim arasında yaxın münasibətlərin yaranması Ermənistan-İran əlaqələrini korlaya bilər. Ona görə də Ermənistan bu məsələdə bütün aspektləri nəzərə almalı və sionist rejimlə münasibətlərdə təhrikedici addım atmamalıdır. Çünki belə bir addım İrəvan üçün əsaslı problemlər yarada bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button