ArxivXəbər lentiXəbərlər

Ermənistan böhran içindədir – Sarkisyan heç nə edə bilmir

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda siyasi böhran dərinləşdikcə, sosial iqtisadi problemlər də artır. İşğalçı ölkənin xarici borcu gəlirləri altı faiz üstələyir. Ermənistan rəhbərliyi isə böhranı aradan qaldırmaq gücündə deyil.

Ermənistanın ümumi dövlət borcu altı milyard dollara yaxınlaşır. Bu, son on il üçün ən böyük göstərici hesab olunur. İşğalçı ölkənin Mərkəzi Bankının hesabatında bu məlumatlar yer alıb. Erməni iqtisadçı Vahan Arzumanyan deyib ki, illərdir Ermənistan yalnız geriyə addım atır. Buna nə vaxt son qoyulacağını isə hətta dövlət rəsmiləri də bilmir.

Baş nazir Karen Karapetyan yaranan problemləri həll etmək iqtidarında olmadıqlarını bildirib. Çünki vəziyyəti düzəltmək üçün dövlət xəzinəsində vəsait yoxdur. Baş nazirin etirafına münasibət bildirən Vahan Arzumanyan hökumətin özünü gülünc vəziyyətə qoyduğunu deyib.

“Joxovurd” qəzeti isə yazır ki, Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların haqlı etirazına gətirib çıxarır. Ona görə də ölkədə tez-tez xaos və qarşıdurmalar baş verir. Hakimiyyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər gücün və potensialın olmaması nəticəsində ortaya çıxan problemlər isə hökumətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button