ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistan : ABŞ səfirliyi qarşısında bioloji laboratoriyalarla bağlı etiraz aksiyası keçirilib

Ermənistanda gənclərdən bir qrupu ABŞ səfirliyinin qarşısında aksiya keçirərək, ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarının fəaliyyətinə etirazlarını bildirib.

Qafqaz.ir-nin məlumatına əsasən, Bu gün aprelin 9-u admiral İsakovun heykəlinin qarşısında, ABŞ səfirliyinin yaxınlığında “Alyans” partiyasının gənclər birliyi aksiya keçirib.

Onlar Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalarda beynəlxalq monitorinqlərin aparılmasını tələb ediblər.

“Alyans” partiyasının gənclər birliyinin koordinatoru Denis Poqosyan bildirib ki, əgər Rusiya-Ukrayna böhranı olmasaydı, bioloji silahların Ukraynadakı bioloji laboratoriyalarda istehsal edildiyi heç vaxt aşkar olmazdı.

Onlar ABŞ səfirliyi qarşısında toplaşıblar, çünki məlumdur ki, biolaboratoriyalar Pentaqon tərəfindən maliyyələşdirilir.

“Ermənistanda 12 bioloji laboratoriya mövcuddur ki, onların 3-ü İrəvanda, digərləri isə başqa regionlarda fəaliyyət göstərir.

Onlarda bioloji silahların da istehsal olunduğuna dair şübhələr var.

Poqosyan deyib: “Bizim tələbimiz ondan ibarətdir ki, bioloji laboratoriyaların fəaliyyətinin qanuni olub-olmadığını yoxlamaq üçün beynəlxalq monitorinq aparılsın”.

Onun sözlərinə görə, əgər Ermənistanın biolaboratoriyalarında bioloji silahlar istehsal olunursa, onlar bağlanmalıdır.

“Ermənistanda bioloji laboratoriyalara yer yoxdur. “Ermənistan bioloji silahların və ya virusların sınaq meydançası deyil”, – deyə etirazçılar bildiriblər.

Gənclər rəngli fişənglərdən istifadə ediblər, bəzilərində isə qaz maskası olub. Onlar ABŞ səfirliyinin nəzarət-buraxılış məntəqəsinə məktub qoyub, bugünkü aksiyanı yekunlaşdırıb, sona qədər gedib hər şeyi öyrənəcəklərini vəd ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button