ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistan ABŞ ilə əlaqələrini genişləndirir: İrəvanda Strateji Dialoq görüşü keçirilib

İrəvanda ABŞ və Ermənistan arasında Strateji Dialoq mövzusunda iki ölkə rəsmilərinin görüşü baş tutub.

Qafqaz Həqiqətləri xəbər verir ki, görüşdə çıxış edən erməni rəsmilər Ermənistan-ABŞ münasibətlərini yüksək qiymətləndirib, demokratik dəyərlərə, insan hüquqlarına və qanunun aliliyinə əsaslanan tərəfdaşlığa önəm verdiklərini vurğulayıblar.

Həmçinin tərəflər arasında ticarət, investisiyalar, enerji və yüksək texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib.

Bu arada ABŞ ordusunun briqada generalı Patrik Ellis İrəvanda Ermənistanla müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

ABŞ səfirliyinin bəyanatında deyilir ki, aprelin 5-7-də Ermənistana işgüzar səfəri zamanı Patrik Ellis ABŞ-Ermənistan müdafiə əməkdaşlığının gücləndirilməsi səylərini müzakirə etmək üçün Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.

Amerikalı general sonra 12-ci Sülhməramlı Briqadanın Zardakı təlim-məşq bazasına və Ermənistan hərbi akademiyasına baş çəkib.

Qərb ölkələrinin Ermənistanla hərbi-müdafiə sahəsində əməkdaşlığı Rusiyanı hiddətləndirir.

Bir müddət əvvəl Avropa İttifaqı tərəfindən Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə Kreml sərt etirazını bildirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button