ArxivXəbər lentiXəbərlər

Ermənistan əleyhinə status yazdığına görə Orxana cinayət işi açılıb

Gürcüstanda yaşayan soydaşımız Orxan Abbasa qarşı cinayət işi qaldırılıb.

Bu barədə vetenugrunda.az-a məlumat verən Orxan Abbas bildirib ki, ona qarşı terrorizmə çağırış maddəsi üzrə cinayət işi açılıb.

Səbəb isə demək olar ki çox gülüncdür. Özünü dünyaya demokratik ölkə kimi tanıtmağa çalışan Gürscüstanda yaşayan soydaşımız sadəcə olaraq “Facebook”da yazdığı statusun qurbanı olub.

Orxan 2016-cı ilin aprel döyüşləri zamanı “Facebook”da Ermənistan əleyhinə status yazıb. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında dəstək aksiyası keçirmək əvəzinə, Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirərək Ermənistan bayrağını yandırmağın daha düzgün addım olduğunu bildirib.

O. Abbas 2016-cı ilin aprelin 21-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb: “Xidmətdə 10 saat dindirilmədən sonra mənə qarşı cinayət işinin açıldığı bildirildi. Bu ilin aprel ayında yenidən məni DTX-ya çağırdılar və may ayında iş üzrə ilk məhkəmə iclası keçirildi. Mənim Azərbaycana qaçmaq ehtimalım əsas gətirilərək barəmdə həbs qəti imkan tədbirinin seçilməsi məsələsi qaldırıldı. Vəkillərimin etirazından sonra 6 min lari girov məbləğində azadlığa buraxıldım. Ailəmin bu məbləğdə girovu ödəmək imkanı olmadığına görə, girov kimi qardaşımın torpaq sahəsini qoyduq”.

İş üzrə son məhkəmə iclasının iyunun 20-də keçirildiyini qeyd edən O. Abbas prokurorun ona qarşı 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası istədiyini deyib: “Məhkəmə prosesi davam edir və növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub. Mənə qarşı açılmış cinayət işi olduqca ədalətsiz və son dərəcə absurddur. Mən terrorizm və radikallıqdan uzaq insanam”.

O. Abbas hesab edir ki, müsəlman və etnik azərbaycanlı olduğuna görə diskriminasiyaya məruz qalır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button