ArxivIslamXəbər lentiXəbərlər

Erməni düşmənin atəşi nəticəsində sərhədçimiz şəhid oldu

yanvarın 7-də Azərbaycan-Ermənistan sərhəddində təmas xəttində Ermənistanın təxribatı nəticəsində azərbaycanlı sərhədçi şəhid olub.

“Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozaraq növbəti dəfə təxribat törədib. Sərhədçi Füzuli Fərzəliyev çərşənbə axşamı saat 14:56-da Qazax rayonunun Quşçu Ayrım kəndində düşmən tərəfindən snayper atəşi nəticəsində həlak olub”, – yanvarın 7-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti bildirib.

Eyni zamanda qurum sərhədçinin  Azərbaycan tərəfinin ön cəbhədə mühəndislik işləri aparmaq və öz mövqelərini irəli çəkmək cəhdləri ilə əlaqədar öldürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin məlumatını təkzib edib.

“Bu ərazidə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri heç bir mühəndislik işləri aparmayıblar. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin bu bəyanatı yalandır və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktına bəraət qazandırmaq cəhdidir, həmçinin ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, – Azərbaycan DSX bildirib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button