ArxivXəbər lentiXəbərlər

Növbəti prezident seçkisinin vaxtı qanunla müəyyənləşdi

Seçki Məcəlləsinə prezidentik müddəti ilə bağlı dəyişiklik edildi
Milli Məclisdə Seçki Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklik prezident seçkiləri ilə bağlı Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi arasında yaranan ziddiyyətin aradan qaldırılması üçündür.
Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilib ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.
Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.
Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilib. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).
2018-ci il aprelin 11-də növbədənkənar keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button