ArxivXəbər lentiXəbərlər

Azərbaycan 3 zabitini Cənubi Sudana göndərir

Milli Məclisin iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı məsələsi müzakirə olunub.
Məsələ ilə bağlı məlumat verən birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, Azərbaycanın hərbi qulluqçularının 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub. Bildirdi ki, BMT sülhməramlıları missiyası tərkibində Azərbaycan Cənubi Sudana 4 nəfərlik heyət (3 zabit, 1 müşahidəçi) göndərəcək.
Z.Əsgərov dedi ki, Azərbaycan hərbi qulluqçuları bundan öncə Kosovoda, İraq və Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edib: “Bu gün də bizim 120 nəfərlik tağımımız oradakı sülhməramlı əməliyyatlarda iştirak edir. Bu da BMT-nin mandatı altında həyata keçirilir”.
Z.Əsgərov dedi ki, sülhməramlıların Cənubi Sudana göndərilməsinin səbəbi var: “Bununla Azərbaycan dövləti, Azərbaycan prezidenti bir daha öz sülh məramını dünyaya nümayiş etdirir. Biz bütün dünyada sülh istəyirik. Bizim 4 nəfər hərbçimiz orda iştirak edəcək. Biz BMT nizamnaməsində əksini tapan məqsəd və vəzifələrə sahibliyini də nümayiş  etdiririk. Ancaq biz də çox istərdik ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi qərarların icra edilməsinə daha məsuliyyətlə yanaşsın”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button