AktualAktualArxivIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Elmi Hövzələrin rəhbəri: Qarabağ Azərbaycana aiddir və İslamın canının bir parçasıdır

Elmi Hövləzlərin rəhbəri Ayətullah Əliriza Ərafi: “Beynəlxalq hüquq və qanunlara əsasən, Qarabağ Azərbaycan ölkəsinə aiddir və İslamın canının bir hissəsidir və bu torpaqdan ayrılmazdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Elmi Hövzələrin rəhbəri Ayətullah Əliriza Ərafinin bəyanatı aşağıdakı kimidir:

«وَ ما لَکُمْ لا تُقاتِلُونَ فی‏ سَبیلِ اللَّهِ وَ الْمُسْتَضْعَفینَ مِنَ الرِّجالِ وَ النِّساءِ وَ الْوِلْدانِ الَّذینَ یَقُولُونَ رَبَّنا أَخْرِجْنا مِنْ هذِهِ الْقَرْیَهِ الظَّالِمِ أَهْلُها وَ اجْعَلْ لَنا مِنْ لَدُنْکَ وَلِیًّا وَ اجْعَلْ لَنا مِنْ لَدُنْکَ نَصیراً.»

“Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir himayəçi və bir yardımçı göndər!” – deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”

Azərbaycan, xüsusilə də Lənkəran, Badkubə və Qarabağ bölgələri şiəlik tarixi boyu böyük alimlər yetişdirmişdir və bu diyarın alimləri həmişə elm və bilik səmasında və elmi hövzələrdə parlayıblar. Kommunistlərin bu ölkəyə 70 illik hökuməti dövründə onun azad və ixlaslı əhalisinin İslama, Rəsuli-əkrəmə (ə) və Əhli-beytə (ə) sevgisi azalmamışdır, bu əziz və şərəfli xalq İslam yolunda möhkəm dayanmış, imperializm, sionizm və fasid güclər qarşısında müqavimət göstərmişdir.

Beynəlxalq hüquq və qanunlara əsasən, Qarabağ Azərbaycana aiddir, İslamın canının bir parçasıdır və bu torpaqdan ayrılmazdır.

Elmi hövzələr, onun böyükləri, ustadları və tələbələri İslamın nurani təlim və əhkamlarına əsasən, Azərbaycanın rəşadətli xalqını himayə və müdafiə etməyi özlərinə borc bilirlər və indiyə kimi də daim Azərbaycan xalqınn yanında olublar, bundan sonra da olacaqlar, Azərbaycan ölkəsinin ərazi bütövlüyünə təkid edirlər, dünya imperializmi və beynəlxalq sionizmin İran və Azərbaycan xalqları arasında təfriqə və ayrılıq salmasına icazə verməyəcəklər.

Təəssüflər olsun ki, bir sıra ölkələr İranofobiya və İslamofibiya dalğası yaratmaqla özlərinin mənfur məqsədləri və təfriqə yaratmaq ardıncadırlar, bir sıra şayiələr yaymaqla İran İslam Respublikası xalqına və ölkəsinə qarşı bədbinlik yaratmaq, İran və Azərbaycan xalqları arasında ixtilaf və ayrılıq salmaq, beləliklə, məntəqəni ixtilaf və müharibəyə çəkərək öz qanunsuz maraqlarına çatmaq, muzdur, təkfirçi, imperizlizm və sionizm güclərinin bölgədə hüzuru və nüfuzu üçün zəmin yaratmağa təlaş edirlər.

Hal-hazırda müsəlmanların dini, əxlaqi və insani vəzifələri budur ki, məkirli planlara qarşı tamamilə ayıq olsunlar, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsinlər və yadların İslam ölkələrinə nüfuzunun qarşısında müqavimət göstərsinlər.

Ümid edirəm ki, Azərbaycanın alimləri və elitası müdriklik göstərmək və maarifləndirmə ilə düşmənlərin İran və Azərbaycan xalqları arasında təfriqə salmaq planlarını puça çıxaracaq, iki xalq arasında dərin tarixi, mədəni və dini münasibətlərinə xələl gətirməsinə icazə verməyəcək.

Mütəal Allahdan bütün cəbhələrdə müsəlmanların qələbəsini, İslam ümməti düşmənlərinin şərinin dəf edilməsini, müsəlmanların vəhdət və birliyini, İslam şəhidləri üçün ülvi dərəcələr, İslam döyüşçüləri üçün zəfər diləyirəm.

Əliriza Ərafi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button