ArxivIslamXəbər lentiXəbərlər

Elmar Məmmədyarov Tbilisidə Gürcüstanın Baş Naziri ilə görüşüb

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlikləri rəhbərlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb

Arannews-Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Giorgi Qaxariya dövlətimizin başçısı İlham Əliyevi 2020-ci ildə Gürcüstana dəvət edib.

Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivlərindən danışan Baş Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycana təşəkkürünü ifadə edib.

Öz növbəsində, nazir Elmar Məmmədyarov iki ölkə arasında strateji münasibətlərə toxunaraq bu münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Nazir, eyni zamanda, Gürcüstanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin ikitərəfli münasibətlərin inkişafının əsaslarını təmin etməklə yanaşı, ümumən regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.

Aparılan fikir mübadiləsi zamanı iki ölkə arasında energetika sahəsində layihələrin həyata keçirilməsi və bərpaolunan enerji sahəsində hər iki ölkənin potensialının olduğu diqqətə çatdırılıb.

Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyanın növbəti iclasının yaxın zamanda keçiriləcəyini qeyd ediblər.

Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button