ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudovun oğlunun saxlanmasındakı sirr

Bu gün informasiya portallarında tirajlanan baş xəbərin pərdəarxası məqamları aydın olub

Politika.Az-ın Siyasət Şöbəsinin araşdırmaları nəticəsində milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun oğlunun reyd zamanı saxlanmasının gerçək səbəbləri üzə çıxıb.

Anar Mahmudovun Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlanması sıradan hadisə kimi görünsə də, əslində Mahmudovlara növbəti mesaj olub.

MTN-dəki əməliyyatdan sonra hücrəsinə çəkilən Eldar Mahmudov həbs edilməsə də, bu təhlükə hər zaman aktualdır. Bununla bərabər, sabiq nazirin oğlunun də həbsi gündəmdədir.

A.Mahmudovun avtoreyd zamanı saxlanması da məhz müəyyən dairələrin MTN şefinə verdiyi ismarıcdır.

Bəzi xəbər portalları bunu şou olay kimi təqdim etməyə çalışıb. Lakin eks-nazir oğlunun təzyiq üçün həbsi realdır. Onun xanımı da istintaqa ifadə verməkdən yayınır.

Politika.Az-ın xəbərin əldə etdiyi məlumata görə,A.Mahmudovu reyd zamanı saxlamaqla həbsinin də istənilən an əllərində olduğuna eyham vurublar.

Ölkə rəhbərliyinə qarşı xəyanət etmiş və iş adamlarının dərisini soymuş MTN şəbəkəsinin vəziyyəti “bu xəmir çox su aparacaq” deyiminə adekvatdır.

Qeyd edək ki, bugünlərdə ölkədən gedən Anar Mahmudovun həyat yoldaşı Aida Mahmudova olub. Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin qızı olan A.Mahmudova indi Londondadır.

O, orada anası Zamirə Hacıyevaya ilə birgə yaşayır. Hər iki xanım “Beynəlxalq Bank işi” üzrə dindirilməyə çağırılıb və istintaqa gəlməkdən imtina edib. Hacıyevlərin kürəkəni, Eldar Mahmudovun oğlu isə Azərbaycandadır.

Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub.

33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Onun sözlərindən belə çıxıb ki, polislər onu mütləq şəkildə tanımalı, reyd olsa belə saxlamalı deyilmişlər.

Yada salaq ki, Eldar Mahmudovun Nardaran qəsəbəsində dəbdəbəli imarəti var. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub.

Anar Mahmudov həmin imarətdə ara-sıra peyda olur. A.Mahmudov atasının nazirliyi dövründə “Caspian Crystal Holding”də birləşən ailə biznesini idarə edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button