ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudovun bandası onlarla gənci necə bədbəxt edib?

“Məxfi şöbə” fırıldağı, “yoldaşılıq ziyafətləri” və məhvə aparan xeyirxahlıq…

“MTN işi” ilə bağlı Moderator.az-a daha bir ilginc informasiya daxil olub.

Özəl mənbədən daxil olan məlumata görə, sabiq MTN rəhbərliyi özünün saysız-hesabsız qanunsuzluqlarında əsas və epizodik rollarda istifadə etmək üçün yalnız MTN əməkdaşlarından deyil, MTN-lə heç bir əlaqəsi olmayan onlarla gəncdən də istifadə edib.

MTN-dəki cinayətkar dəstə görünüşü, natıqlik qabiliyyəti, yüksək aktivliyi və digər xüsusiyyətləri ilə diqqət çəkən gənclərdən öz qanunsuz əməllərindən istifadə etmək üçün olduqca ilginc üsula əl atıb. Belə ki, həmin gənclərdən öz cinayətlərində alət kimi istifadə etməyi planlaşdıran sabiq MTN rəhbərliyi onları tora salmaq üçün qeyri-adi üsula əl atıb. MTN əməkdaşlarının vasitəsi ilə tapılan bu cür gənclər elə həmin MTN-çilər vasitəsi ilə əməkdaşlığa cəlb edilib. Bu əməkaşlığa qanuni və rəsmi don geyindirmək məqsədi ilə həmin gənclərə MTN rəhbərliyi tərəfindən böyük etimad göstərildiyi, onların “təmənnasız olaraq” bu qurumun məxfi şöbəsində işə qəbul edildikləri bildirilib. Həmin gəncləri məlum informasiyanın doğruluğuna inandırmaq üçün onlar fərdi qaydada MTN-ə aparılaraq orada “işə qəbulla bağlı”müxtəlif kağızlara imza atmaları tələb olunub. Bundan sonra gənclərin məxfi şöbənin əməkdaşı kimi rəsmi şəkildə işə qəbul edildiklərini bildirən Eldar Mahmudov komandasının üzvləri hətta bu “özəl gün” münasibəti ilə paytaxt restoranlarında həmin gənclərin şərəfinə “yoldaşlıq ziyafəti” də veriblər.

Bir neçə həftə həmin gənclərlə müxtəlif kafe və restoranlarda görüşən, onlarda məxfi şöbə əməkdaşları olaraq gələcək karyeralarında daha böyük uğurlara imza atacaqları ilə bağlı inam yaradan və bunun üçün “rəhbərliyin etimadını doğrultmaq” lazım gəldiyini bildirən MTN əməkdaşları, “hazırlıq mərhələsinin” ardınca onlara milyonlarla manat vəsait qazandıran cinayətlərə start veriblər. Hansı ki, “məxfi şöbə”nin əməkdaşları olduqlarına inandırılan bu gənclər lap başından bu cinayətlərin qurbanı kimi nəzərdə tutulub və MTN əməkdaşlarının yerinə həbsxanalarda yatmalı olub./moderator/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button