ArxivXəbər lentiXəbərlər

Eldəniz Quliyev: “Hakimiyyət islahatların aparılmasında maraqlı deyil”

İstehlak mallarının qiyməti artmaqda davam edir. Bu proses artıq qarşısı alınmaz bir mərhələyə qədəm qoyub. Ölkənin əksər sahələri ilə bağlı neqativ proqnozlar verilməkdədir. Kənd təsərrüfatı məhsullarının da ciddi bahalaşması proqnozları verilməkdədir. Manatın da durumunun getdikcə pisləşməsi mövzusu da müzakirə edilən gündəm mövzularındandır. Ekspertlər hökumətin bir an öncə ciddi adımların atmasının zəruriliyini vurğulayır.

Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən bildirib ki, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməməsi bu cür ağır nəticələrə gətirib çıxartdı: “Vəziyyətin bu hala çatmaması üçün hakimiyyətin kifayət qədər vaxtı və resursları var idi. Müxalifət və beynəlxalq təşkilatlar tərəfindən kifayət qədər SOS çağrısı səsləndirilmişdi. Amma əsaslı bir islahatlara başlanılmadı. İslahatların görüntüsünü yaratmağa çalışdılar. Bu da təbii ki, durumu daha da ağırlaşdırdı. Vəziyyət artıq bundan sonra daha da ağırlaşacaq. Çünki, iqtidaryönlu iqtisadçılar da növbəti devalvasiyanın anonsunu verirlər. Azərbaycanın çox kiçik bir ölkə olmasına baxmayaraq kifayət qədər resursları var. Həm karbohidrogen ehtiyatları, həm kənd təsərrüfatı məhsulları və s. sahələri ciddi gəlir sahələridir. Neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməməsi bu cür ağır nəticələrə gətirib çıxartdı. Bundan sonra isə bu prosesin necə durdurulması ilə bağlı heç bir fikrim yoxdur. Artıq ölkənin gələcəyi ilə bağlı pozitiv bir şey gözləmirəm. Amma yenə toparlanıb təcili şəkildə ciddi proseslərə başlanılsa nə isə pozitiv gələcəyə ümidlənmək olar. Amma bu gün hökumətin atdığı addımlardan belə məlum olur ki, hakimiyyət islahatların aparılmasında maraqlı deyil”.

Deyerler.Org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button