ArxivXəbər lentiXəbərlər

Rusiya-Türkiyə barışının pərdəarxası: Abdulatipov danışdı

Su-24 böhranından sonra rəsmi Moskva Ankara ilə əlaqələrin üstündən birdəfəlik xətt çəkibmiş.

qafqaz.ir_ Axar.azdan  xəbər verir ki, bu sözləri iki ölkə arasındakı münasibətləri düzəltmək üçün səy göstərən şəxslərdən biri, Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov RBK qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ilk aylarda Türkiyə ilə əlaqələrin normallaşmasında istəkli olmayıb.

“Ankara Moskvanın irəli sürdüyü şərtləri martda qəbul etdi. Elə bu vaxtdan da danışıqlar başladı. Psixoloji səddi keçməli idik. Putinlə Ərdoğan arasında həqiqətən dost münasibətləri vardı. Bilirsiniz, dostları barışdırmaq, bir-birinə yad olan insanları barışdırmaqdan çox çətindir.

Çağlarla 4 dəfə görüşdüm

Türkiyə ilə Rusiya arasındakı diplomatik görüşləri idarə etmək üçün Dağıstana sərmayə qoyan iş adamı Cavid Çağlarla 4 dəfə görüşdüm. Ən azı 100 dəfə də telefonla danışmışam.

Türkiyə tərəfindən danışıqlara Baş Qərargah rəisi Hulusi Akar, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov rəhbərlik edirdi. Müzakirələrə Uşakovun əmrindən sonra daxil oldum. Uşakov danışıqların gedişi barədə Putinə məlumat verirdi. Prezidentin fikirlərini Uşakov mənə, mən Çağlara, Çağlar da Akara çatdırırdı.

Prezident üzr istəməyəcəkdi

Çağlarla birgə üzr istəmək barədə məktubu hazırladıq. İlkin variantda prezidentin üzr istəməsi yox idi. Lakin məktubun mətni bir neçə dəfə dəyişdirildi. Sonda isə hər kəsin razı qaldığı bir mətn hazırlandı. Bundan sonra da məktubun Putinə necə göndəriləcəyi müzakirə edildi. Türkiyə tərəfi Uşakov və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adını təqdim etdi. Mən Nazarbayevin vasitəçiliyini məsləhət gördüm. Çünki Putinin Nazarbayevlə çox yaxşı münasibəti var. Bu yolla müsbət cavab alma ehtimalı da yüksək idi.

27 iyun…

Məktub planlaşdırıldığı kimi, 27 iyunda Putinə təqdim edildi. O, məktubu qəbul etdi və çevriliş cəhdindən öncə münasibətlər bərpa olundu. Əgər çevriliş cəhdi Rusiya ilə münasibətlər pis olan vaxt baş versəydi, nəticələri fərqli olardı…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button