ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Düşmənin 825 zirehli avtomobilini məhv etmişik

Əbu-Ubəydə əlavə edib: Ələqsa Tufanı əməliyyatı sionist düşməni məhvolma yolunda qərar verdi.

O, sonra deyib: On illərdir ki, Fələstin xalqını müdafiə uğrunda vuruşuruq və nəhayət, Ələqsa Tufanı döyüşünə çatdıq.

Əlqəssam batalyonlarının sözçüsü çıxışının başqa bir hissəsində bildiribdir ki: Düşmənə möhkəm zərbə vurduq və bütün dünyaya dedik ki; biz həyatda azadlıq və haqq ardınca olan bir millətik.

Səksən üç gün vuruşdan sonra döyüşçülərimiz döyüş meydanında düşmənlə qarşılaşmaqda davam edir.

Biz öz xalqımıza görə vuruşuruq və mübarizlərimiz düşmənin açılmamış raketlərindən yenidən istifadə etmək yolu ilə xüsusi əməliyyat keçiriblər- deyə, Əlqəssam batalyonlarının sözçüsü vurğulayıb.

Əbu-Ubəydə sonra bildirib: Əlqəssam mübarizləri tərəfindən düşmənin qüvvələri və hərbi sursatlarının hədəfə alınmasına dair xeyli sayda görüntü yaymışıq və bu, hələ işin cüzi bir hissəsidir.

Fələstin başçılarının sözlərini bir daha vurğulayan Əbu-Ubəydə söyləyib: Bizim prioritetimiz, müharibənin və düşmənin cinayətlərinin dayandırılmasıdır və Qəzzədə savaşın durdurulması hər şeydən öndə gedir.

Əlqəssam batalyonlarının sözçüsü daha sonra vurğulayıb: Qəzzədəki müharibənin tam şəkildə dayandırılacağı zamanadək əsirlər mübadiləsi barədə olacaq heç bir razılaşmanı qəbul etməyəcəyik!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button