ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Dünyanı amerikalılaşdırma planı uğursuz qaldı

Seyid İbrahim Rəisi çərşənbə axşamı günü gecə BMT Baş Assambleyasının 78-ci sessiyasında vurğulayıb ki, dünya meyarı olmaq istəyən liberal-demokratiya ibrət dərsinə çevrilib və öz yolunun sonuna yaxınlaşıbdır.

O, sonra belə qeyd edib: Dünya dəyişməkdə və yeni meydana gəlmiş beynəlxalq nizama geridönməz keçid halındadır. Dünya üçün qərb hökmranlığı tənliyi daha nəticə vermir və doymaq bilməyən hökmranların və sərmayə sahiblərinin mənafelərinin xidmətində olan köhnə liberal nizam kənara qoyulub.

İran bu qənaətdədir ki, yeni Şərq və Qərb yaradılmamalıdır- deyən Rəisi əlavə edib: İran qonşu ölkələrlə faydalı əlaqələrdən yeni fəsil yaradıb və İran İslam Respublikasının qonşuluq siyasəti region üçün xeyirxahcasına bir siyasətdir. Biz qonşularımızın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik.

Regiondakı militarizmi məzəmmət edən Seyid İbrahim Rəisi bildiribdir ki, Qafqazdan tutmuş Fars Körfəzinədək hər cür əcnəbi iştirak nəinki həll yolunun bir hissəsi deyil, həm də problemin özüdür.

Avropada müharibəni heç bir avropalı tərəfin xeyrinə bilmirik və bizim qənaətimizcə, Ukrayna müharibəsində hər bir atəşkəs planının Amerika tərəfindən rədd olunması göstərir ki, bu ölkə Avropanı zəiflətmək üçün uzunmüddətli proqrama malikdir- deyə Rəisi bildirib.

İran prezidenti söyləyib: Şəhid Hacı Qasım Süleymaninin terror edilməsi, Amerika rəsmilərinin etiraflarına görə, özləri tərəfindən yaradılmış İŞİD-ə bir mükafat idi. Və hətta terrorizmlə mübarizə komandanının 25 milyon nəfərlə müşayiət edilən son mənzilə yolasalma mərasimi, həmçinin İran xalqının 85 milyon nəfərlik kədər və bu cinayətkar hərəkətin təşkilatçıları və amillərinə qarşı hiddət və intiqam hissi belə, senzura olundu.

Amerika etimad yaratmaqla sübut etməlidir ki, nüvə anlaşması üzrə öhdəliklərinin yerinə yetirilməsində xoşməramlılığa malikdir- deyən Rəisi avropalılara xəbərdarlıqla belə qeyd edib: Öz öhdəliklərinə illər boyu sədaqətsizlikdən sonra avropalılar da dərk etməlidirlər ki, çoxxərcli qarşıdurma yolunda sürət almaqla/ uduzacaqlar.

Rəisi həmçinin Qərbdə qadınların hüquqları xüsusiyyət təşkil etməklə insan hüquqlarının vəziyyətini tənqid edib və belə söyləyib: Görən, özü dünyada ən böyük ana həbsxanasına malik olan Amerika,/ doğrudan da qadınların hüquqlarından ötrü nigaran ola bilərmi? Dünyada İran barədəki ən mühüm gerçəkliklər senzura edildi və indiyədək İran xalqına qarşı kimyəvi bombardman haqqında heç bir şey deyilməyib. Həmin silahları bəzi avropalılar Səddama vermişdilər.

Əlinə Qurani-Kərimi götürüb, BMT arenasında Qurana hörmət ifadə edən İran prezidenti İslamofobiyanı və mədəni aparteidi bəşəriyyətin şəninə sığmayan bir hərəkət adlandırıb və belə qeyd edib: Bu nifrətyaymaların arxasında daha böyük planlaşdırma mövcuddur, amma Quranın bəşəriyyət cəmiyyətləri üçün olan təlimləri heç vaxt yanmayacaq və rəqibin hörmətsizlik və təhrif atəşi həqiqətə çevrilməyəcək!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button