ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Dünya Müsəlman Alimləri Birliyi: “Müsəlmanlar Fələstinə kömək etməlidirlər”

Dünya Müsəlman Alimləri Birliyinin baş katibi doktor Əli Qara Daği işğalçı sionist rejimin Məscidül-Əqsa və Fələstin xalqına qarşı hücum və cinayətlərini kəskin şəkildə pisləyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, doktor Əli Qara Daği Fələstinin Şahab xəbər agentliyi ilə xüsusi söhbətində sionist düşmənin Fələstin xalqına qarşı təcavüzünü pisləyərək, ümumi müsəlman cəmiyyətini Fələstin və onun haqq işini müdafiə etməyə çağırıb.

Qara Daği sözlərinə belə əlavə edib:
“Fələstin ədalət, inanc, iman və kimlik məsələsidir və bütün müsəlmanların qəlbində olmalıdır”.

O, hər bir müsəlmanın Fələstini dəstəkləmək, İslam ölkələrinin hökmdar və rəhbərləri, zənginlər, ziyalılar, alimlər və elm adamlarının hər birinin Fələstinə kömək etmək vəzifəsi olduğunu açıqlayıb.

Qara Daği həmçinin belə qeyd edib:
“Fələstin bizim hamımızın məsələsidir və indi sionist düşmən bütün qırmızı xətləri keçib. Onlar bütün bu torpaqları işğal etmək niyyətindədir və işğalçılar böyük Fələstin xalqını tanımaq istəmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button