ArxivXəbər lentiXəbərlər

Dünya Bankı Azərbaycana kredit ayırır

Dünya Bankı “Azərbaycan kənd investisiyaları” layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

Bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: “Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi  bildirmişdi ki, bank konsepsiyanı bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button