ArxivXəbər lentiXəbərlər

Dostunu göstər, deyim kimsən: Məşhur terrorçu Türkiyə ordusu ilə birlikdə Suriyada döyüşür

Əl-Şişaninin Türkiyə ordusu ilə çiyin-çiyinə Suriyada vuruşması sübut edir ki, Türkiyə Suriyada “terrorla münarizə” aparmır, əksinə terrorçularla əlbirdir…

“Truth NGO” xəbər verir ki, “Əl Qaidə” terror qruplaşmasının bir qolu sayılan “Cundu Şam” terror qruplaşmasının çeçen liderlərindən biri ASO sıralarında Afrin əməliyyatlarına qatılıb. Bu həmən “Cundu Şam”dır ki, Rusiya və Azərbaycanda terror qruplaşması hesab edilir.

“Əl Qaidə” terror qruplaşmasının bir qolu sayılan “Cundu Şam” terror qruplaşmasının çeçen liderlərindən olan Muslim Şişani – Murad Marqoşvili  (red: Şişani ərəb dilində çeçen deməkdir)  Azad Suriya Ordusu sıralarında Afrin əməliyyatlarına qatılıb.

Məlumatı AKP hökümətinə yaxın “Yeni Akit” qəzeti yayıb.

Qəzetin yazdığına görə, 3 ildir Suriyada olan və Əsəd rejiminə qarşı vuruşan məşhur çeçen komandir Muslim Şişani Türkiyə ordusunun başlatdığı “Zeytun budağı” əməliyyatlarına qatılmaq qərarı verib. Muslim Şişani uzun illər Rusiyaya qarşı vuruşmış, daha sonra yaralanaraq Gürcüstana keçmək məcburiyyətində qalmışdı.

Bir daha qeyd edək ki, “Cundu Şam” qruplaşması Azərbaycan Respublikası tərəfindən  TERROR TƏŞKİLATI kimi tanınıb. Digər tərəfdən isə Türkiyə Cümhuriyyəti Azərbaycanın strateji müttəfiqidir. Terrordan əziyyət çəkən Azərbaycan Respublikasının strateji müttəfiqinin terroru dəstəkləməsi, Azərbaycan hökumətini və xalqını bir qədər ayıq və ehtiyyatlı olmağa sövq etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button